AZƏRBAYCAN BANK TƏDRİS MƏRKƏZİ TƏLİM KURSLARINI DAVAM ETDİRİR
AZƏRTAC xəbər verir ki, fevralın 14-16-da Bakıda Azərbaycan Bank Tədris Mərkəzinin həyata keçirdiyi “Kiçik və orta müəssisələr üçün biznes xidmətlərinin inkişafı” layihəsi çərçivəsində “Büdcə planlaşdırması” mövzusunda təlim kursu keçiriləcəkdir.
Şirkətlərin maliyyə işçiləri üçün nəzərdə tutulan kursda büdcə planlaşdırmasının mahiyyəti, məqsədləri, vasitələri, büdcəni müəyyənləşdirərkən maliyyə hesabatlarının nəzərə alınması, müəssisələrin maliyyə vəziyyətlərinin onların büdcəsinə təsiri və s. mövzularda məlumatlar dinləyicilərin diqqətinə çatdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]