Azərbaycan Basketbol Liqası: “Neftçi” səfərdə qələbə qazanıb
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda “Şəki” “Neftçi”ni qəbul edib.
Şəki Olimpiya İdman Kompleksində keçirilən görüş Bakı təmsilçisinin 72:65 hesablı qələbəsi ilə başa çatıb.
Turun əvvəlki oyunlarında “Xəzri” “Cəlilabad”a 100:81, “Xırdalan” “Sabah”a 107:103, “Sərhədçi” “Sumqayıt”a 91:63 və “NTD-İndiqo” isə “Gəncə”yə 94:80 hesabları ilə qalib gəlib.
Qeyd edək ki, hazırda turnir cədvəlinilk üç pilləsində eyni xala malik komandalar yer alır. Belə ki, hesabında 22 xal olan “Sabah” liderdir. “NTD-İndiqo” və “Xəzri” ikinci və üçüncü yerləri bölüşürlər. “Neftçi” 20 xalla dördüncü pillədə qərarlaşıb.