Azərbaycan batutçuları “Trampoline Hopes Cup” adlı beynəlxalq turnirdə uğurla çıxış ediblər
Bakı, 19 aprel, AZƏRTAC
Batut gimnastikası üzrə onlayn keçirilmiş “Trampoline Hopes Cup” adlı beynəlxalq turnirin qalibləri müəyyənləşib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi 11-12 yaş qrupunda Ammar Baxşalıyev, 13-14 yaş qrupunda Maqsud Mahsudov və Hüseyn Abbasov, böyüklər arasında isə Selcan Mahsudova təmsil ediblər.
Perspektivli batutçularımız 20 ölkədən 300-dən çox idmançının iştirak etdiyi bu turnirdən tam bir medal dəstini qazanıblar. Belə ki, A.Baxşalıyev birinciliyi əldən verməyib. 13-14 yaşlı gimnastlar arasındakı təmsilçilərimiz - M.Mahsudov və H.Abbasov müvafiq olaraq 1 və 2-ci yerləri öz aralarında bölüşdürüblər. Böyüklər arasında çıxış edən gimnastımız S.Mahsudov da komanda yoldaşlarından geri qalmayıb. O, bu yarışda üçüncü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]