Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-BƏƏ münasibətləri: Regionda yeni geosiyasi əməkdaşlıq modeli ANALİTİKA

Azərbaycan-BƏƏ münasibətləri: Regionda yeni geosiyasi əməkdaşlıq modeli ANALİTİKA

Bakı, 17 sentyabr, Hikmət Əhmədov, AZƏRTAC

Azərbaycan yalnız coğrafi baxımdan deyil, həm də sülh, enerji və diplomatiya xəritəsində öz adını qızıl hərflərlə yazdırmaqdadır. Son illərdə ölkəmiz beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, sülhə və inkişafa yönəlmiş siyasəti ilə nəinki regionda, həmçinin dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan strateji mövqeyi, zəngin enerji resursları və dinamik iqtisadiyyatı sayəsində beynəlxalq əməkdaşlıqda öncül rol oynayır. Bu yüksəlişin ən bariz nümunələrindən biri isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə qurulan strateji tərəfdaşlıqdır ki, bu da ölkəmizin regional və qlobal siyasətdə mövqeyinin möhkəmləndiyini göstərir.

AZƏRTAC Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin çoxşaxəli inkişafını və perspektivlərini əhatəli şəkildə təhlil edib.

Azərbaycanın Avropa məkanında uzun illər ərzində formalaşdırdığı strateji tərəfdaşlıq əlaqələri son dövrlərdə Asiya ölkələrinə, xüsusilə ərəb dünyasına da genişlənməkdədir. BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı, Qətər və digər Körfəz ölkələri ilə enerji, investisiya, logistika və humanitar sahələrdə qurulan dinamik əməkdaşlıq Azərbaycanın xarici siyasətinin çoxvektorlu və balanslı xarakterini nümayiş etdirir. Bu yanaşma coğrafi məkan fərqinə baxmayaraq, ölkəmizin bütün tərəfdaşlarla qarşılıqlı faydalı və uzunmüddətli münasibətlər qurmaq əzmində olduğunu sübut edir.

Diplomatik münasibətlərin formalaşması və genişlənən siyasi dialoq

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Bu, Azərbaycanın müstəqilliyini qazandığı dövrdə yeni regional və beynəlxalq əlaqələr sistemində öz yerini tutmağa başlaması ilə paralel olaraq formalaşan mühüm strateji addım idi.

Prezident İlham Əliyevin 2006-cı ildə BƏƏ-yə ilk rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında dönüm nöqtəsi oldu. Ümumilikdə dövlətimizin başçısının BƏƏ-yə 6 səfəri baş tutub ki, bunlar əlaqələrin davamlı yüksəlişini göstərir. 2024-cü ilin yanvarında isə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri BƏƏ tərəfindən ölkəmizə ilk ali səviyyəli səfər kimi qeyd olunmalı mühüm hadisədir. Bu səfər iki ölkə arasında siyasi etimadın artmasının göstəricisidir.

Cari ilin iyul ayında Prezident İlham Əliyevin BƏƏ-yə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin (CEPA) imzalanması ikitərəfli münasibətlərdə yeni strateji mərhələnin əsasını qoyub. Sazişin əsas məqsədi tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasıdır. Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin bir hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsini və rifahı artırmağı hədəfləyən Sazişin imzalanması ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd gələcək çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli baza yaradır. Ölkələrimiz arasında CEPA-nın imzalanması sənaye, bərpaolunan enerji, kənd təsərrüfatı, maliyyə, logistika, turizm, tikinti və digər sahələrin inkişafına imkanlar açır. Saziş qarşılıqlı sərmayə axınını artırmaqla təchizat zəncirlərinin gücləndirilməsinə, sahibkarların qlobal miqyasda fəaliyyətlərinin genişləndirilməsinə də töhfə verir. Bir sözlə, bu saziş iqtisadi əməkdaşlığı genişləndirərək ticarətin liberallaşdırılması və sərmayələrin artırılması istiqamətində vacib baza rolunu oynayır.

Strateji əməkdaşlıq və siyasi irəliləyiş

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə budəfəki səfəri çərçivəsində sentyabrın 16-da Şuşada Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında 14 sənəd imzalandı. Bunların ən önəmlisi isə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”dir. Bu Bəyannamə iki ölkə arasında münasibətlərin yeni, daha yüksək səviyyəyə qalxmasını ifadə edir və siyasi, iqtisadi, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlığın sistemli şəkildə genişləndirilməsini nəzərdə tutur. İmzalanan sənədlər sırasında xüsusilə enerji, o cümlədən yaşıl enerji, investisiya, nəqliyyat, turizm, prokurorluq, media və süni intellekt sahəsində əməkdaşlığa dair razılaşmalar diqqət çəkir. Bunlarla yanaşı, Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında sənəd də mühüm əhəmiyyətə malikdir. Bu razılaşmalar iki ölkə arasında əlaqələrin yalnız ənənəvi sahələrlə məhdudlaşmadığını, eyni zamanda, müasir texnologiyalar və gələcəkyönümlü sahələrdə də əməkdaşlıq potensialının gücləndirildiyini göstərir.

Bəyannamədə yer alan əsas bəndlərin mahiyyətini və onların strateji əhəmiyyətini aşağıdakı kimi təsnif etmək olar:

1. Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin yaradılması:

Tərəflər dövlət nümayəndələrinin iştirakı ilə birgə komitə təsis edir. Bu komitə tərəfdaşlığın həyata keçirilməsi üçün yol xəritəsi, icra proqramları və iş planları hazırlayacaq. Bu addım əlaqələrin strukturlaşdırılmış, davamlı və sistemli inkişafına zəmin yaradır. Belə mexanizmlərin olması tərəflər arasında qarşılıqlı anlaşma və koordinasiyanın yüksək səviyyədə təmin olunmasına imkan verir.

2. Parlamentlərarası əməkdaşlığın gücləndirilməsi:

Parlamentlər səviyyəsində əməkdaşlığın artırılması dostluq və etimadın möhkəmlənməsinə, qanunvericilik sahəsində təcrübə mübadiləsinə və siyasi dialoqun genişlənməsinə səbəb olur. Bu əməkdaşlıq dövlətlərarası münasibətlərin demokratik institutlar səviyyəsində daha da dərinləşdiyini nümayiş etdirir

3. Müdafiə, təhlükəsizlik və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq:

Bəyannamədə tərəflər müdafiə və təhlükəsizlik sahələrində, xüsusən də kibertəhlükəyə qarşı birgə mübarizəni genişləndirməyi planlaşdırırlar. Bu, müasir dövrdə artan rəqəmsal təhdidlərə qarşı daha səmərəli müdafiə sistemlərinin yaradılması və regional sabitliyin qorunması baxımından vacibdir.

4. İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və Birgə Biznes Şurasının yaradılması:

İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, xüsusilə şirkətlər arasında birgə layihələrin dəstəklənməsi, ticarət və investisiyaların artırılması, sənaye və xidmət sektorlarında işgüzar əlaqələrin dərinləşdirilməsi məqsədi güdür. Birgə Biznes Şurasının yaradılması işgüzar dairələr arasında əlaqələrin səmərəliliyini artıracaq, qarşılıqlı investisiya və innovasiya mühitini gücləndirəcək.

5. Enerji sektorunda əməkdaşlığın davam etdirilməsi:

Enerji sahəsi Azərbaycan-BƏƏ əlaqələrinin ən vacib istiqamətlərindən biridir. Bəyannamə tərəflərin neft-qaz, elektrik enerjisi və bərpaolunan enerji layihələrində birgə fəaliyyətini təqdir edir və gələcək əməkdaşlıq niyyətini vurğulayır. Bu, regional enerji təhlükəsizliyi və dayanıqlı inkişaf üçün əhəmiyyətli addımdır.

6. Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı:

Sosial sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi insan resurslarının inkişafı və mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından vacibdir. Bu sahədə daimi əməkdaşlıq iki ölkənin vətəndaşları arasında dostluq və qarşılıqlı anlaşmanı artıracaq.

Bəyannamənin 8-ci bəndi təhlükəsizlik məsələlərində məsləhətləşmələrlə bağlıdır. Bu bənd tərəflərə milli və regional təhlükəsizliyə təhdid yaradan vəziyyətlərdə qarşılıqlı məsləhətləşmələr aparmaq imkanı verir. Xüsusi halda, komitə çərçivəsində fövqəladə iclasların keçirilməsi razılaşdırıla bilər. Bu mexanizm tərəflərin təhlükəsizlik məsələlərində vahid mövqe formalaşdırması və mümkün risklərə vaxtında və koordinasiyalı reaksiya verməsi baxımından önəmlidir.

Bir sözlə, bu Bəyannamə Azərbaycan-BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin əyani göstəricisidir. Hər iki ölkə regional və qlobal səviyyədə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməklə yanaşı, siyasi, iqtisadi, təhlükəsizlik və sosial sahələrdə möhkəm birgə fəaliyyətin qurulmasına yönəlmiş ciddi addımlar atır. Bu, Azərbaycan Respublikasının çoxvektorlu xarici siyasətinin uğurla həyata keçirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində önəmli mərhələdir.

Prezident İlham Əliyevin və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bir-birinə “qardaş” kimi müraciət etməsi isə siyasi iradənin və şəxsi münasibətlərin səmimiliyini göstərir ki, bu da əlaqələrin möhkəm təməlini formalaşdırır.

İqtisadi əməkdaşlıq: sərmayələr, ticarət və biznes təşəbbüsləri

 

Azərbaycan və BƏƏ arasında iqtisadi əməkdaşlıq 2006-cı ildə iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması ilə sistemləşib. İqtisadiyyat və turizm nazirlərinin Komissiyanın həmsədrləri təyin olunması, 2024-cü il avqustun 1-də Şuşada keçirilmiş 9-cu iclas bu qurumun işinin aktivliyini göstərir. Komissiyanın 9-cu iclasının yekunlarına dair imzalanmış protokolda ticarət-investisiya, kiçik və orta biznesin dəstəklənməsi, innovasiya və rəqəmsallaşma, enerji, o cümlədən yaşıl enerji, sənaye, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, meliorasiya və su idarəçiliyi, nəqliyyat-logistika, rabitə və yüksək texnologiyalar, elm və təhsil, turizm, səhiyyə, mədəniyyət və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

1995-2024-cü illərdə BƏƏ-dən Azərbaycana yatırılmış 3,4 milyard dollar və Azərbaycanın BƏƏ-yə yönəltdiyi 1,1 milyard dollar sərmayə ölkələrimiz arasında iqtisadi əlaqələrin gücünü göstərir. Bazar imkanlarına nəzər salsaq görərik ki, 2024-cü ildə ticarət dövriyyəsi 96,80 milyon dollar səviyyəsində olub. 2025-ci ilin yanvar-iyul aylarında isə 90,59 milyon dollara çatıb, bu da artımın davam etdiyini təsdiqləyir. Azərbaycandan BƏƏ-yə ixrac daha yüksək olmaqla (64,45 milyon dollar), ticarətdə balanslı əlaqələr formalaşıb. Azərbaycan məhsullarının BƏƏ-nin aparıcı hipermarketlər şəbəkələrində satışı isə respublikamızın mallarının dost ölkənin bazarında mövqeyini yüksəldir.

Tərəflər arasında iqtisadi əlaqələrin təkcə ticarət və sərmayə ilə məhdudlaşmayaraq, yüksək texnologiyalar, bizneslərin dəstəklənməsi, rəqəmsallaşma və yaşıl iqtisadiyyat sahələrini əhatə etməsi bu münasibətlərin yeni iqtisadi model səviyyəsinə yüksəldiyini göstərir.

İnvestisiya və biznes əlaqələrinə gəldikdə, 2023-cü ilin dekabrında Azərbaycan İnvestisiya Holdinqi ilə Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında 1 milyard dollar maliyyə imkanı olan Birgə İnvestisiya Fondunun yaradılması ölkələrimiz arasında qarşılıqlı sərmayənin yeni mərhələyə qalxmasına xidmət göstərir. Azərbaycanın BƏƏ-də 2017-ci ildən ticarət nümayəndəliyini və Dubayda Azərbaycan Ticarət Evini yaratması biznes əlaqələrinin genişlənməsini təmin edir. Həmçinin Birgə Biznes Şurasının yaradılması qarşılıqlı işgüzar münasibətlərin sistemləşdirilməsi və genişləndirilməsi baxımından vacib addımdır.

Energetika sahəsində əməkdaşlıq və innovativ layihələr

Azərbaycan və BƏƏ arasında energetika sektorunda əməkdaşlıq ən strateji sahələrdən biridir. SOCAR, ADNOC və “Masdar” şirkətləri arasında əlaqələr ölkələrarası enerji təhlükəsizliyinin təminatında həlledici rol oynayır.

2023-cü ildə SOCAR, “TotalEnergies” və ADNOC arasında “Abşeron” qaz-kondensat yatağında ADNOC-un 30 faiz iştirak payı əldə etməsi Azərbaycan-BƏƏ əməkdaşlığının strateji xarakterini göstərir. ADNOC-un xaricdə ilk “upstream” investisiyası kimi bu layihə qarşılıqlı etimadın və əlverişli investisiya mühitinin göstəricisidir.

SOCAR və ADNOC arasında SARB və “Umm Lulu” yataqlarında iştirak paylarının dəyişdirilməsi sahəsində də razılaşmalar imzalanıb. Həmçinin Azərbaycan Energetika Nazirliyi və “Masdar” şirkəti arasında 2021-2023-cü illərdə bir sıra investisiya və əməkdaşlıq müqavilələri imzalanıb. Bu sənədlər çərçivəsində 1 GVt gücündə Günəş və külək enerjisi layihələrinin hazırlanması, 2 GVt gücündə stansiyaların qurulması və 1000 MVt yaşıl enerji layihələrinin reallaşdırılması planlaşdırılır.

2024-cü ilin noyabrında “SOCAR Green”, “Masdar” və “ACWA Power” şirkətləri arasında Xəzər dənizində külək enerjisi üzrə anlaşma memorandumunun imzalanması isə gələcəkdə enerji sektorunda əməkdaşlığın yeni mərhələsini açır.

Humanitar əməkdaşlıq və regional sabitlik

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də humanitar və təhlükəsizlik sahələrində dinamik şəkildə inkişaf edir. Bu çərçivədə xüsusi qeyd olunmalıdır ki, BƏƏ hökumətinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə imzaladığı Anlaşma Memorandumu əsasında işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə fəaliyyətlərinə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyi ayrılıb. Bu addım yalnız humanitar yardımın göstərilməsi deyil, həm də BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövründə bərpa proseslərinə verdiyi siyasi dəstəyin ifadəsidir.

Bu tərəfdaşlıq, həmçinin BƏƏ-nin beynəlxalq humanitar siyasətində əsas tutduğu prinsiplərin, - insan təhlükəsizliyi, davamlı inkişaf və sülh quruculuğunun, - Azərbaycan kontekstində təzahürüdür. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işləri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyətə malikdir. BƏƏ-nin bu prosesi fəal şəkildə dəstəkləməsi isə iki ölkə arasında etibarlı, davamlı və səmərəli tərəfdaşlığın formalaşdığını göstərir.

Digər tərəfdən, BƏƏ-nin COP29 çərçivəsində Azərbaycanın təşəbbüslərinə göstərdiyi güclü dəstək, - xüsusilə “COP29 Green Energy Pledge: Green Energy Zones and Corridors”, “Global Energy Storage and Grids Pledge” və “Hydrogen Declaration” kimi mühüm təşəbbüslərə qoşulması, - regional və qlobal miqyasda ekoloji diplomatiya sahəsində müştərək mövqeləri və strateji baxışları ortaya qoyur. Bu əməkdaşlıq, həmçinin yaşıl enerji sahəsində tərəflər arasında formalaşan yüksəksəviyyəli texnoloji tərəfdaşlıq münasibətlərini tamamlayır.

Bundan əlavə, 2025-ci ilin avqust ayında BƏƏ Xarici İşlər Nazirliyinin Vaşinqtonda paraflanmış Azərbaycan-Ermənistan sülh sazişini rəsmi şəkildə alqışlaması və bu sazişi “mehriban qonşuluq prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm diplomatik nailiyyət” adlandırması, Əbu-Dabinin regionda sabitlik və əməkdaşlığın təmin olunması məsələsində Bakının mövqeyini dəstəklədiyini açıq şəkildə göstərdi. Bu, yalnız siyasi jest deyil, həm də BƏƏ-nin Cənubi Qafqazda Azərbaycanın sülh təşəbbüslərinə verdiyi real və prinsipial dəstəyin nümunəsidir.

Mədəniyyət, təhsil və insanların qarşılıqlı əlaqəsi

 

Azərbaycan-BƏƏ münasibətlərinin mühüm tərkib hissələrindən biri də mədəniyyət, təhsil və insanlararası mübadilə sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlıq dövlətlərarası əlaqələrin humanitar dəyər üzərində qurulduğunu və xalqlar arasında dərin bağların formalaşdırılmasına xidmət göstərdiyini nümayiş etdirir.

Bu kontekstdə Azərbaycan Dillər Universitetində 2024-cü ildə Şeyx Zayed adına ərəb dili auditoriyasının açılması xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs həm ərəb dili və mədəniyyətinin Azərbaycanda daha geniş tədrisinə, həm də gənclər arasında BƏƏ-yə marağın artmasına səbəb olub. Auditoriyanın açılması təkcə bir təhsil infrastrukturu deyil, kulturoloji körpünün qurulması və mədəni inteqrasiyanın təşviqi kimi də dəyərləndirilməlidir.

Təhsil sahəsində bu cür təşəbbüslər, iki ölkənin universitetləri arasında mümkün gələcək əməkdaşlıqlar - tələbə mübadiləsi, ikili diplom proqramları, ortaq tədqiqat layihələri və akademik forumların təşkili üçün baza formalaşdırır. Bu isə insan kapitalının inkişafına və uzunmüddətli strateji tərəfdaşlığın sosial təməlinin möhkəmləndirilməsinə xidmət edir.

Bundan əlavə, iki ölkə arasında hava nəqliyyatı sahəsində geniş əlaqələrin qurulması (Bakı-Dubay, Dubay-Bakı, Əbu-Dabi-Bakı, Şarja-Bakı istiqamətləri üzrə 40-a yaxın birbaşa uçuş) qarşılıqlı münasibətlərin artmasına və turizm sahəsində dinamikanın güclənməsinə imkan yaradır. Həmçinin 2023-cü ildən qüvvədə olan vizasız rejim vətəndaşlar üçün daha rahat səyahət və əməkdaşlıq mühiti yaradıb ki, bu da iqtisadi və sosial inteqrasiyanı daha da sürətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enerji saxlama texnologiyaları ilə bağlı Türkiyə və Yunanıstanın təcrübələri Afinada müzakirə edilib

Sanja Vlaisavljevic: Süni intellektdən istifadə bərabər imkanların təmin edilməsinə xidmət etməlidir

“Qızıl top”un Azərbaycan təmsilçisi: Harri Keynin seçilməsində ədalətsizlik görmürəm

Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb

Türk mütəxəssis: Süni intellektdən sonra oyun sənayesində nə baş verəcəyini bilmirik

“Sumqayıt” – “Şəfa” matçının keçiriləcəyi stadion müəyyənləşib

BMT-nin xüsusi elçisi: Azərbaycanın azad edilmiş ərazilərində gördüyüm dağıntılar tamamilə dəhşətli idi

AASSA-nın prezidenti: Mədəniyyətlərarası dialoqun əsasında mənəvi bərabərlik və qarşılıqlı hörmət dayanır

Səlim bin Məhəmməd əl-Malik: ICESCO Qarabağdakı vəziyyətlə bağlı iki hesabat hazırlayıb

BMT QAK qış ərəfəsində Ukraynada köçkünlüyün artması barədə xəbərdarlıq edir

Almaniya Prezidentinin Çinə 5 günlük səfəri başlayıb

Dövlət Turizm Agentliyinin sədri: Turizm hər kəs üçün bərabər imkanlar yaratmalıdır

Migel Anxel Moratinos: Müharibənin qarşısını almaq üçün sülh mədəniyyəti yaratmaq lazımdır

Yerli xalqların turizmi: mədəni irsin qorunması və davamlı sülhün təşviqi

Serbiyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

“Kəşmirin Qara Günü”: Pakistanın Bakıdakı səfirliyində tədbir

Avropada iqlim risklərinə qarşı dayanıqlılıq gücləndirilir

Çin Yaxın Şərqə xüsusi nümayəndə göndərir

Sudanlı nazir: Zəngin mədəni irsimizin dünyaya tanıdılmasına çalışırıq

Azərbaycan Kuboku: “Araz-Naxçıvan” və “Marafon” 1/8 final mərhələsində

Fateh Mansouri: Mədəniyyətlərarası dialoq ədalət və bərabər iştirak prinsipləri ilə tamamlanmalıdır

Marina Novelli: Qeyri-müəyyənlik dövründə etik turizm ümumi məsuliyyətimizdir

Bakıda arıçılıq məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

Ruandalı nazir: Süni intellekt mədəni irsə çıxış imkanlarını genişləndirmək üçün diqqətəlayiq imkanlar yaradır

Danimarkanın Baş naziri Norveç və Finlandiyanın Putinlə danışıqlarını tənqid edib

Səadət Yusifova: Mədəniyyətlərarası dialoqun elmi əsaslarla araşdırılması xüsusi əhəmiyyət daşıyır

Fuad Nağıyev: Turizm xalqlar arasında qarşılıqlı anlaşmanın və sülhün möhkəmlənməsinə xidmət edir

Çin Avropa İttifaqını bazar iqtisadiyyatına hörmət etməyə çağırıb

Böyük Britaniyada hərbi aviabazanın yaxınlığında baş verən insidentlə bağlı 2 nəfərə ittiham irəli sürülüb

Dosent: Bakı beynəlxalq dialoq və çoxtərəfli diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib

Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçib

İranın Ali Lideri müharibəyə son qoymaq üçün Tehranın şərtlərinin yerinə yetirilməsini təmin etməyə çağırıb

Nazir müavini: Mədəniyyətlərarası dialoqun inkişafında elm və təhsil mühüm rol oynayır

İsa Həbibbəyli: Azərbaycan mədəniyyətlərarası dialoqun dayanıqlı modelini dünyaya təqdim edir

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar

Fransada gözyaşardıcı qazların qadın sağlamlığına təsirinin araşdırılması tələb olunur

ICESCO-nun siyahısına daxil edilən iki tarixi abidənin sertifikatları Azərbaycana təqdim olunub

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb VİDEO

Türkiyə xarici işlər nazirinin müavini Məkkə Müdafiə Sazişini ölkə parlamentinə təqdim edib

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr - ADPU-da konfrans

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəni irsin bərpası müzakirə olunur

Yernur Rısmaqambetov: Tamaşaçılar filmlərdə özlərinə yaxın olan insanları görmək istəyirlər

“Hakimlərin Etik Davranış Kodeksi” yeni redaksiyada qəbul edilib

Çexiyada qətlə görə məsuliyyətə cəlb edilmə müddətinin ləğvi təklif olunur

Turizm, bərabərlik və sülh: VII Dialoq Forumunda panel sessiya

AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumun açılışı olub VİDEO

AMEA-da “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumun açılışı olub VİDEO

Salyanda ailə faciəsi: Ana öldürüldü, ata və gəlin yaralandı - YENİLƏNİB

Baş Prokurorluq və IACA arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Britaniyada hökumətin xəbərdarlığından sonra konservləşdirilmiş qida və radio satışları kəskin artıb

Afət Abbasova: Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır

Azərbaycanlı alim beynəlxalq konqresdə süni intellektin tibdə etik aspektlərindən danışıb

Rusiyanın enerji gəlirləri neft emalı obyektlərinə dron hücumları fonunda kəskin şəkildə aşağı düşüb

Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb

ADPU Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanın İƏT-ə üzvlüyünün 35 ili İslam həmrəyliyi baxımından mühüm mərhələdir RƏY

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB

Mombasada Suahili Mədəniyyət Kitabxanası açılıb, “İRS” jurnalının suahili dilində ilk nömrəsi təqdim olunub

Çin alimləri su qıtlığına qarşı yeni strategiya təklif ediblər

Niderland şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanları nəzərdən keçirilib

Azərbaycan BƏƏ-nin dövlət nazirinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır

Rusiya Prezidenti Norveç və Finlandiya liderləri ilə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə edib

Alif Paramardhika Putera: Azərbaycan və İndoneziya musiqisi arasında oxşarlıqlar var

Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edəcək

Yeni Mədəniyyətlərarası Rəqəmsal Səriştələr Çərçivəsi təqdim olunub - Plenar sessiya

Siyasi şərhçi: Azərbaycanın suverenliyinə və milli maraqlarına müdaxilə cəhdləri yolverilməzdir

Astarada kivi yığımı davam edir - kilosu 1 manata təklif olunsa da, alıcı tapılmır VİDEO

Astarada kivi yığımı davam edir - kilosu 1 manata təklif olunsa da, alıcı tapılmır VİDEO

Prezident Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü təşkil olunub VİDEO

Prezident Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü təşkil olunub VİDEO

Bolqarıstanda şəxsiyyət vəsiqəsi olmayanlar seçkilərin ikinci turunda səs verə biləcəklər

İran Qətərlə siyasət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı müzakirə edib

Manuela Traldi: Sahibkarlar mədəniyyətlərarası dialoqda mühüm rol oynayırlar

Telman İbrahimov: Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycan incəsənətinin inkişafında mühüm mərhələdir

Murat Kurum: COP31 iqlim dəyişmələri ilə mübarizədə birgə fəaliyyət platformasına çevriləcək

Rəşad Əzizov: Azərbaycanda həyata keçirməyə çalışdığımız yanaşma ekosistemin qurulmasıdır

Akif Quliyev: Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB VİDEO

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB VİDEO

ÜMT: Atmosferdəki karbon qazı və digər əsas istixana qazları rekord səviyyələrə çatıb

Milli Süni İntellekt Mərkəzi: Süni intellekt texniki problemlərin həllini asanlaşdırır

Baş Prokurorluğun Misirin və Maldivin antikorrupsiya qurumları ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Almaniya-Azərbaycan biznes konfransı hər iki tərəfin iqtisadi inkişafına təkan verir

Fərid Şəfiyev: Azərbaycan Ermənistanla birbaşa danışıqlar yolu ilə sülhə nail olmağın mümkünlüyünü sübut edib

Xalq yazıçısı: Bir yazıçı üçün ən böyük xoşbəxtlik kitablarının çap olunmasıdır

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib VİDEO

İrakli Xodeli: Rəqəmsal mühitdə texnologiyaları tənzimləyən tərəflərin məsuliyyəti müəyyənləşdirilməlidir

Suvarma kanallarının yenidən qurulması su itkilərinin azaldılmasına imkan verəcək VİDEO

Suvarma kanallarının yenidən qurulması su itkilərinin azaldılmasına imkan verəcək VİDEO

Almaniya şirkəti: Azərbaycanın iqtisadi inkişafı onun dünya bazarına çıxmasını zərurətə çevirib

BMTMM sədri: Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir

Şri-Lankada əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

Tacikistanın mədəniyyət naziri: Süni intellekt dillərin inkişafına və mədəni irsin qorunmasına xidmət etməlidir

Qurbanmırat Mıradalıyev: Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir

Hüseyn Hüseynov: Əlverişli maliyyə resurslarına çıxış sahibkarlara dəstəyimizin digər mühüm istiqamətidir

Fərid Şəfiyev: Cənubi Qafqazda sülh və sabitlik Avropanın da maraqlarına xidmət edir

Mirbek Mambataliyev: Qırğızıstan rəqəmsal yeniliklərə və gənclər mübadiləsinə açıqdır

UNCTAD rəsmisi: Rəqəmsallaşma yaradıcı xidmətlərin beynəlxalq ticarətdə inkişafını sürətləndirir

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir VİDEO

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir VİDEO

Amanuel Elias: Rəqəmsal mühitdə irqçilik və ayrı-seçkiliyin qarşısının alınması vacibdir

Ozodbek Nazarbekov: Süni intellektin inkişafını mədəniyyət sahəsində tərəqqiyə yönəltməliyik

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası olub YENİLƏNİB

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb