Azərbaycan-Belarus əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə edilib
Bakı, 8 oktyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarusa rəsmi səfəri çərçivəsində oktyabrın 7-də bu ölkənin parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Belarus parlamentləri arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, mövcud dostluq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə parlamentlərarası əlaqələrin ölkələrimizin ənənəvi dostluq münasibətlərinin inkişafında mühüm rola malik olduğu qeyd edilib, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [08:03]
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
- 14.07.2026 [18:29]
Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
- 13.07.2026 [16:46]
Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]
Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub
- 06.08.2026 [23:38]