Azərbaycan beynəlxalq turizm sərgilərində təmsil olunacaqdır
Bakı, 11 noyabr (AZƏRTAC). Noyabrın 19-dan 21-dək İspaniyanın Barselona şəhərində keçiriləcək “EİBTM-2013” beynəlxalq turizm sərgisində ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın ilk dəfə iştirak edəcəyi bu sərgidə ziyarətçilərə paylanması üçün ingilis və ispan dillərində reklam-çap məhsulları hazırlanmışdır. Sərgidə ölkəmizin turizm potensialı 51 kvadratmetrlik sahədə nümayiş etdiriləcəkdir.
Bu ay Azərbaycanın iştirakı ilə daha bir sərgi Polşanın paytaxtı Varşavada baş tutacaqdır. Noyabrın 28-dən 30-dək keçiriləcək “TTWARSAW-2013” sərgisində ölkəmizin turizm imkanlarının nümayiş etdirilməsi üçün 26 kvadratmetrlik sahədə stend quraşdırılacaqdır. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcəkdir.
Ölkəmiz Polşada keçirilən beynəlxalq turizm sərgilərində dəfələrlə iştirak etsə də, “TTWARSAW-2013” sərgisində ilk dəfə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]