İDMAN
Azərbaycan boksçuları Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Bakı, 31 may, AZƏRTAC
Kişi boksçulardan ibarət Azərbaycan yığması iyunun 1-də Özbəkistanın Anqren şəhərinə təlim-məşq toplanışına yollanacaq.
AZƏRTAC xəbər verir ki, səfərdə məqsəd Belarusun paytaxtı Minskdə baş tutacaq ikinci Avropa Oyunlarına hazırlığın sonuncu mərhələsini keçməkdir.
Komandamızın Anqren toplanışı 15 gün davam edəcək. Baş məşqçi Vaqif Şirinov, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında keçəcək hazırlıq prosesində Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov, Dominqes Alfonso (hər ikisi 81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) iştirak edəcəklər.
Millimiz toplanışı Özbəkistan və Qazaxıstan boksçuları ilə birgə keçəcək.
Qeyd edək ki, ikinci Avropa Oyunları iyunun 21-dən 30-dək keçiriləcək.