Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə 3 medal qazanıblar
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycanın cüdo millisi Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri turnirinin ilk gününü 3 medalla başa vurub.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medal uğrunda görüşdə qalib gəlib. 66 kiloqram çəkidə isə Azərbaycanın iki üzvü fəxri kürsüyə qalxıb. Yaşar Nəcəfov finalda Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Yaqo Abuladzeyə uduzaraq, fəxri kürsünün ikinci pilləsində yer alıb. Kamran Süleymanov isə bürünc mükafatçı olub.
Yığmanın digər üzvləri Balabəy Ağayev (60 kiloqram), Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kiloqram) turniri medalsız başa vurublar.
Qeyd edək ki, Qran-priyə yanvarın 28-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]