Azərbaycan Dövlət Filarmoniyasında qarşıdan gələn bayramlar qeyd edilib
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr edilmiş konsert olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət xalq çalğı alətləri orkestrinin ifasında “Ceyms Bond”, “Şerlok Holms və doktor Vatson”, “Bir dəfə Amerikada”, “Zorro”, “Oyuncaq” və digər məşhur filmlərin musiqisi səsləndirilib. Konsertdə, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri və xoreoqrafları çıxış ediblər.