Cared Kuşner: Ukrayna üzrə üçtərəfli danışıqların bərpasına ümid edirik
Bakı, 7 sentyabr, AZƏRTAC
ABŞ, Rusiya və Ukrayna arasında Ukraynada sülhün əldə olunmasına dair üçtərəfli danışıqların bərpa olunması mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidentini xüsusi nümayəndəsi Cared Kuşner Kiyevdə keçirilən danışıqlardan sonra mətbuat konfransında deyib.
Bildirib ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun iştirakı ilə keçirilən üçtərəfli görüşlər məhsuldar olub. Onun sözlərinə görə, həmin görüşlərdə tərəflər mövqelərini birbaşa müzakirə edib. “Ümid edirik ki, bu formata qayıdacağıq”, - deyə C.Kuşner vurğulayıb.
ABŞ Prezidentinin kürəkəni qeyd edib ki, Vaşinqton tərəflərin mövcud sülh prosesində faydalı ola biləcək bir sıra ideyalar irəli sürüb.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında son üçtərəfli məsləhətləşmələr fevralın 17-18-də Cenevrədə keçirilib. Görüşlər qapalı formatda, həm ikitərəfli, həm də üçtərəfli müzakirələr şəklində baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]