Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı qurbanlarının xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş “Heç kim və heç nə unudulmur” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin elmi işlər üzrə katibi Rəna Salahova, Xocalı sakini, o hadisələrin şahidi, şəhid anası Ceyran Əzizova çıxış edərək Xocalı qırğını qurbanlarının - erməni silahlı birləşmələri tərəfindən kütləvi şəkildə qətlə yetirilən Azərbaycanın Xocalı şəhəri sakinlərinin xatirəsini anıblar.
Vurğulanıb ki, Erməni silahlı birləşmələri fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərbi qulluqçularının iştirakı ilə Xocalı şəhərini işğal edib. Hücum zamanı və ondan sonra yüzlərlə dinc sakin həlak olub, yaralanmış və itkin düşmüşdür.
Vurğulanıb ki, bu faciəni xalqımız təkcə respublikamızda deyil, dünyanın bir sıra ölkələrində müxtəlif anım mərasimləri və tədbirlərlə yad edir. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi də hər zaman Xocalı qurbanlarının xatirəsini ehtiram və böyük hörmətlə anır.
Tədbirdə soyqırımına həsr olunan və burada törədilən dəhşətləri əks etdirən ədəbi-bədii kompozisiya təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]