AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN MƏLUMATI
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Merkuri-2” gəmi-bərəsinin qəzaya uğraması ilə əlaqədar olaraq Gəmiçilikdə təxirəsalınmadan təşkilati tədbirlər görülmüş, daimi fəaliyyət göstərən qərargah yaradılmışdır. Heyət üzvlərinin qohum-əqrəbalarına, habelə kütləvi informasiya vasitələrinə məlumatların çatdırılmasının daha səmərəli və operativ təşkili məqsədi ilə mövcud 93-20-58 və 93-54-00 nömrəli telefonlardan başqa, daha iki “qaynar xətt” - 98-92-35; 98-79-26 nömrəli telefonlar gərargahın sərəncamına verilmişdir.
Heyət üzvlərinin yaxınları, qohum-əqrəbaları gün ərzində Gəmiçiliyin inzibati binasının birinci mərtəbəsindəki iclas salonunda Gəmiçiliyin əməkdaşlarına müraciət edib, onları maraqlandıran suallara cavab ala bilərlər.
Gəmiçiliyin iclas salonunda kütləvi informasiya vasitələri işçiləri üçün hər gün saat 16-dan 17-dək mətbuat konfransı keçiriləcəkdir.
“Merkuri-2” gəmi-bərəsində həlak olmuş, xilas edilmiş və hazırda axtarışda olan heyət üzvlərinin və sərnişinlərin müvafiq siyahısı təqdim edilir:
1.”MERKURİ-2” GƏMİ-BƏRƏSİNİN HƏLAK OLMUŞ HEYƏT
ÜZVLƏRİ VƏ SƏRNİŞİN
1.Səlimov Fikrət Pəsi oğlu
2. Salıkov Maarif Şirnalı oğlu
3. Melnikova Tatyana Vasilyevna
4. Nəbiyev Nəriman Nəbiulla oğlu/sərnişin/
11.”MERKURİ-2” GƏMİ-BƏRƏSİNİN XİLAS EDİLMİŞ HEYƏT ÜZVLƏRİ
1. Ağayev Asəf Şərur oğlu
2. Novruzov Samir Qərib oğlu
3. Baykov Aleksandr Vyaçeslavoviç
4. Süleymanov Mirzə Hüsən oğlu
5. İsmayılov Elçin Abdulla oğlu
6. Paşayev Mehman Xanoğlan oğlu
7. Baxışeva Elmira Həsənağa qızı
8. Ağayeva Aidə Müslüm qızı
9. Yestiqneyeva Lyudmila Pavlovna
111. “MERKURİ-2” GƏMİ-BƏRƏSİNİN AXTARILAN HEYƏT ÜZVLƏRİ
1. İmanov Cəfərağa Zəbulla oğlu
2. Vanyuxin Pavel İvanoviç
3. Verdixanov Eldarbəy Ənvər oğlu
4. Mürsəlov İman İmanqulu oğlu
5. İsmayılov Ramiz Təmraz oğlu
6. Biyabani Məmmədəli Ağarəhim oğlu
7. Əhədov Əbülfəz Sübhan oğlu
8. Dadaşov Telman Şabala oğlu
9. Dubin Mixail Mixayloviç
10. Novruzov Sultan Feytulla oğlu
11. Qasımov Naib Əli oğlu
12. Şkilev Viktor İvanoviç
13. İbişov Yaqub Abbas oğlu
14. Nəsirov Yeqzar Əlövsət oğlu
15. Orucov Sabir Abbas oğlu
16. Həsənquliyev Nurəddin Həsənqulu oğlu
17. Səfərov Rövşən Məmmədağa oğlu
18. Məmmədov Nadir Ağahüseyn oğlu
19. Hüseynov Bəhman Ağa oğlu
20. Ağayev Valeh Azad oğlu
21. Mehdiyev Fikrət Məmməd oğlu
22. Dadaşov Nizami Eyyub oğlu
23. Əbilov Azad Fətulla oğlu
24. Həsənov Qismət Əfsər oğlu
25. Həsənov Fazil Həsənağa oğlu
26. Bayburiyeva Batmagül Kalispekovna
27. Kotek Yelena İqorevna
28. Abbasova Firəngiz Dadaş qızı
29. Məmmədova Şəmsiyyə Məmməd qızı
30. Allahverdiyeva Xatirə Nadir qızı
1V.”MERKURİ-2” GƏMİ-BƏRƏSİNDƏ OLMUŞ SƏRNİŞİNLƏR
1. Lətifov Zülfi Bulud oğlu /Qazaxıstan vətəndaşı/
2. Əliyev Qəşəm İsmayıl oğlu /Azərbaycan vətəndaşı/
3. Binyadov Zahid Nəriman oğlu /Azərbaycan vətəndaşı/
4. Əhmədov Tofiq /Azərbaycan vətəndaşı/
5. Mehrəliyev Əliəkrəm Tağı oğlu /Azərbaycan vətəndaşı/
6. Ənvər Cabir oğlu /Rusiya vətəndaşı/
7. Burov Gennadi Valdemaroviç /Rusiya vətəndaşı/
8.Kərimov Şahmar Cəlal oğlu /Qazaxıstan vətəndaşı/
Xilasetmə əməliyyatı nəticəsində mövcud siyahılarda hər hansı dəyişiklik barədə vaxtaşırı əlavə məlumat veriləcəkdir.