Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan elminin yüksəliş strategiyası və Prezident İlham Əliyevin elmi siyasət vizyonu – Təhlil

Azərbaycan elminin yüksəliş strategiyası və Prezident İlham Əliyevin elmi siyasət vizyonu – Təhlil

Bakı, 6 noyabr, AZƏRTAC

2025-ci il Azərbaycan elmi tarixində xüsusi rəmzi mənaya malikdir. Dövlətimizin ali elmi qurumu – Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasından 80 il ötür. Bu yubiley təkcə bir təşkilatın tarix salnaməsi deyil, bu, Azərbaycan elmi düşüncəsinin, milli ziyalılıq ənənəsinin və intellektual inkişaf modelinin səksən illik müdrik inkişaf manifestidir.

Bu sözlər beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərovun “Azərbaycan elminin yüksəliş strategiyası və Prezident İlham Əliyevin elmi siyasət vizyonu” sərlövhəli təhlili yazısında yer alıb.

AZƏRTAC yazını təqdim edir.

Akademiyanın formalaşması: elmin milli sərvətə çevrilən yolu

1945-ci ildə əsası qoyulan Azərbaycan Milli Elmlər Akademiyası yarandığı ilk gündən milli elmi potensialı təşkilatlandıran strateji mərkəz kimi fəaliyyət göstərmiş, Azərbaycan xalqının intellektual sərvətini milli kapitala çevirən elmi institutlar şəbəkəsini yaratmışdır. Bu illər ərzində Akademiya müxtəlif elmi məktəblərin formalaşmasına, fundamental tədqiqatların aparılmasına, yeni nəsil alim və mütəxəssislərin yetişdirilməsinə, ölkənin elm-təhsil mühitinin institusional əsaslarının möhkəmlənməsinə böyük töhfə vermişdir. Sovet dövründən müstəqillik mərhələsinə keçid, müxtəlif iqtisadi-siyasi dəyişikliklər, qlobal elmi meyillərin sürətlə yenilənməsi – bütün bunlar Azərbaycan elminin qarşısına yeni tələblər qoymuş, lakin Akademiya hər mərhələdən daha yetkin, daha mütəşəkkil elmi struktura çevrilmişdir.

Heydər Əliyev və müstəqillik dövrü: elmin dövlət siyasətinin prioritetinə çevrilməsi

1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyev ölkədə elmi inkişafı dövlət siyasətinin əsas strateji xəttinə çevirdi. Elmin iqtisadiyyat, mədəniyyət və idarəetmə proseslərinin aparıcı elementi kimi dəyərləndirilməsi Azərbaycan elmini yeni mərhələyə daşıdı. Bu dövr elmi idarəetmə mexanizmlərinin yenilənməsi, maddi-texniki bazanın gücləndirilməsi, beynəlxalq inteqrasiyanın sürətləndirilməsi ilə səciyyələnir. Bu siyasi kurs sonrakı onilliklərdə Prezident İlham Əliyevin rəhbərliyi altında modern elmi inkişaf konsepsiyası ilə davam etdirildi.

Prezident İlham Əliyevin elmi strateji xətti

Dövlətimizin başçısının AMEA-nın 80 illik yubiley mərasimində etdiyi çıxış Azərbaycan elminin hazırkı mərhələsi və gələcək inkişaf trayektoriyası üçün konseptual mahiyyət daşıyan bir sənəd kimi qiymətləndirilə bilər.

“Gələcəyin inkişafı birbaşa elmin səviyyəsi ilə bağlıdır”. Bu fikrin mahiyyəti ondan ibarətdir ki, müasir dövrdə dövlətlərin gücü təkcə iqtisadi və hərbi potensialla deyil, intellektual üstünlüklə ölçülür. İqtisadiyyatın diversifikasiyası, innovasiya sənayesinin inkişafı, rəqəmsal texnologiyalar, süni intellekt - bütün bunların əsasında elm dayanır. Prezident İlham Əliyev bu ifadə ilə bildirir ki, elm inkişaf etmirsə, iqtisadiyyat da statik qalacaq, müasir texnologiya olmadan qlobal rəqabət mümkün deyil, elmi potensial milli təhlükəsizliyin də əsas elementidir. Bu, Azərbaycanın gələcək inkişaf modelinin məhz elmi biliklərə söykəndiyini göstərən dövlət strategiyasıdır.

“Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bu torpaqlarda biz qurub-yaradırıq”. Bu cümlə elmin inkişafına yeni mərhələnin açıldığını göstərir. Torpaqların azad edilməsindən sonra ölkə qarşısında yeni vəzifə - quruculuq, bərpa və modernləşmə dayanır. Bu prosesdə mühəndislik elmləri, energetika, ekologiya, aqrar texnologiyalar, şəhərsalma, geologiya və iqtisadiyyat birbaşa iştirak edir. Dövlətimizin başçısının bu fikri elmin artıq praktiki qüvvəyə çevrildiyini, hər qarış torpaqda intellektual inkişafın rol oynadığını göstərir.

“Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”. Bu cümlə isə həm qürur, həm də siyasi-inteqrativ mesajdır. Azərbaycan dövlətinin hərbi-siyasi qələbəsi düzgün strateji düşüncənin, elmi yanaşma ilə planlaşdırılmış hərbi texnologiya siyasətinin və yüksək idarəetmə və analitik qərarvermənin nəticəsidir. Müasir müharibələr elmi texnologiya ilə qazanılır: kəşfiyyat sistemləri, pilotsuz uçuş aparatları, hərbi kommunikasiya şəbəkələri - bunların hamısı elmi bilik tələb edir. Prezidentin “mütləq Qələbə” ifadəsi elmin milli təhlükəsizlikdə oynadığı rolu da təsdiqləyir.

“Son 10 ildə elmə ayrılan maliyyə iki dəfə artmışdır”. Bu, sadə statistika deyil, siyasi iradənin bariz göstəricisidir. Elm maliyyəsiz inkişaf etmir. Prezident bu faktı qeyd etməklə göstərir ki, dövlət elmə strateji investisiya ayırır, alimlərin fəaliyyəti üçün geniş imkanlar yaradılır, laboratoriyalar modernləşdirilir, gənc tədqiqatçılar üçün perspektiv açılır. Bu addım Azərbaycan elmini yalnız region səviyyəsində deyil, dünya elmi məkanında rəqabətə hazırlayır.

Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər

Bu sözlər təkcə kompliment deyil - gələcək missiyanın dövlət səviyyəsində təsdiqidir. Prezident İlham Əliyev alimlərə etimad göstərir, məsuliyyət həvalə edir, onların milli inkişaf prosesində aparıcı rol oynadığını vurğulayır. Bu, Azərbaycan alimlərinə verilən yüksək dəyər və gələcək fəaliyyət üçün motivasiya mesajıdır. Azərbaycan Prezidentinin çıxışı göstərir ki, elm dövlət quruculuğunun əsas sütunudur, elmi potensial sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsidir və Azərbaycan modern dünyada intellektual dövlət modelinə keçid edir. Prezident İlham Əliyev elmə təkcə elmi sahə kimi yox, milli güc amili, strateji resurs və gələcək tərəqqinin əsas şərti kimi yanaşır. Bu, bütün elmi ictimaiyyət üçün həm fərəh, həm də məsuliyyət deməkdir.

Prezident İlham Əliyevin nitqinin ana xəttindən biri - Azərbaycan dilinin qorunması - əslində, sadəcə, bir dil məsələsi deyil. Bu, milli kimlik, dövlətçilik və tarixi yaddaş məsələsidir. Dövlətimizin başçısının bu çıxışında açıq şəkildə bildirir ki, Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, Azərbaycan xalqının varlıq sübutudur. Ana dili bizim kimliyimizin, mənsubiyyətimizin, dövlət olaraq mövcudluğumuzun ən mühüm dayağıdır. Prezident İlham Əliyevin sözlərinin altında çox ciddi, strateji məna dayanır: Dil itəndə, millət də itir - Prezident açıq formada bildirir ki, dilin sıradan çıxması milli kimliyin tənəzzülü deməkdir. O, xəbərdarlıq edir: “Biz öz dilimizi qorumasaq, yavaş-yavaş milli kimliyimizi də itirərik”.

Azərbaycan dilinin 50 milyondan artıq insan tərəfindən istifadə olunması ana dilimizin nə qədər böyük, milli ruhumuzun isə nə qədər güclü olduğunu göstərir.

Ölkə rəhbəri vurğulayır ki, Azərbaycan dili qlobal miqyasda böyük etnosu birləşdirən bağdır. Deməli, bu dil zəifləsə, onu danışan toplumların içində milli bağlar da zəifləyər. Dövlət bu dilin əsas qoruyucusudur. Prezident İlham Əliyev çox qəti mövqe ortaya qoyur: “Azərbaycan dilinin saflığının qoruyucusu müstəqil Azərbaycan dövlətidir.” Bu, təkcə mədəniyyət məsələsi deyil, dövlət məsələsidir. Bu, dilin strateji milli təhlükəsizlik obyekti kimi qiymətləndirilməsidir. Dil millətin yaddaşıdır. Ulu babaların yaratdığı söz, ədəbiyyat, poeziya, klassik yazılar-bunların hamısı millətin qan yaddaşıdır. Ona görə Prezident İlham Əliyevin sualı ritorik, amma çox sərtdir: Əgər öz dilimizin sözləri varsa, başqa dildən kəlmə gətirmək nə üçündür? Bu, ya səhvdir, ya təxribatdır! Bu ifadə təsadüfi deyil: “Səhvdir” - biliksizlikdən gələn biganəlik, “Təxribatdır” - məqsədli şəkildə milli kimliyi zədələmək. Hər iki halda nəticə eynidir: milləti öz ana dilindən uzaqlaşdırmaq. Azərbaycan Prezidenti dil məsələsini dövlət, elmi və ictimai səviyyəyə qaldırır. O, alimlərə, dilçilərə, yazarlara, mediaya, ictimai xadimlərə açıq çağırış edir. Çünki dilin qorunması yalnız dövlətin yox, xalqın ümumi işidir. Burada, sadəcə, dil haqqında narahatlıq yoxdur - burada tarixi məsuliyyət var. Prezident İlham Əliyev faktiki olaraq deyir: “Dilini qoruyan xalq yox olmaz. Dilini itirən xalq tarixdən silinir.” Bu, siyasi mesajdır. Bu, milli ideologiyadır. Bu, gələcək nəsillərin yaddaşına ünvanlanan çağırışdır. Dövlətimizin başçısının çıxışı yalnız dil ilə bitirmir, o ana dili məsələsini Zəfər Günü və Bayraq Günü ilə tamamlayır. Bu, çox dərin məna daşıyır: Bayraq - dövlətin suverenliyi, Zəfər - torpağın azadlığı, Dil - millətin özüdür. Bu üçlüyü qoruyan xalq əbədi yaşayır. Prezidentin bu mövqeyi, sadəcə, mədəniyyət siyasəti deyil, milli düşüncənin, dövlətçilik fəlsəfəsinin açıq manifestidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin zəngin dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub