AZƏRBAYCAN ƏRAZİSİNDƏ TERROR AKTLARINA CƏHDLƏR OLSA DA, ONUN QARŞISI ALINMIŞDIR
AZƏRTAC xəbər verir ki, milli təhlükəsizlik naziri Namiq Abbasov demişdir ki, indiyədək antiterror koalisiyasında fəal iştirak edən Azərbaycanın ərazisində bir neçə terror aktına cəhdlər olunmuşdur. Lakin xüsusi xidmət orqanlarının sayıqlığı nəticəsində onların qarşısı alınmışdır. Yeni cəhdlərin ola biləcəyini istisna etməyən nazir bildirmişdir ki, terrorçuların antiterror koalisiyasına daxil olan bütün dövlətlərdə belə niyyətləri var. Biz bunu həmişə nəzərə alırıq və çalışırıq ki, onlar Azərbaycan ərazisində qisasçılıq aksiyalarını keçirə bilməsinlər. Əgər terrorçu hansısa aksiyanı hazırlayırsa, bunu istisna etmək olmaz ki, bu, Azərbaycan ərazisinə də ünvanlanıbdır. Sadəcə, biz onları vaxtında müəyyənləşdiririk, şübhəli adamları ərazimizdən çıxarırıq və ya sübutumuz varsa, həbs edirik. Bu cür vasitələrlə ölkəmizin ərazisində terrorun baş verməməsinə çalışırıq. Amma heç vaxt demək olmaz ki, belə niyyətlər daha qurtardı, Azərbaycan ərazisində belə niyyət olmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]