Azərbaycan fiziki məhdudiyyətli insanlara cəmiyyətin bütün həyatında iştirak etmək üçün bərabər imkanlar yaradıb
Strasburq, 12 oktyabr, AZƏRTAC
Azərbaycan fiziki məhdudiyyətli insanların siyasətdə iştirakına dair yanaşmanı qəbul edib. Dövlət fiziki məhdudiyyətli insanlar üçün ayrı-seçkiliyə yol vermədən bütün sahələrdə onların fərdi qabiliyyət və maraqlarına uyğun həyat sürə bilmələri üçün lazımi şərait yaratmaq, fiziki məhdudiyyətə səbəb olan riski aradan qaldırmaq və ya azaltmaq, fiziki məhdudiyyətli insanlara reabilitasiya və ümumi inkişaf xidmətləri göstərmək, cəmiyyətin bütün həyatında iştirak etmək üçün bərabər imkanlar yaradıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Fazil Mustafa qurumun payız sessiyası çərçivəsində müzakirə olunan “Əlilliyi olan qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə” adlı məruzənin müzakirəsi zaman çıxışında deyib.
Fazil Mustafa qeyd edib ki, bütün dövlətlər fiziki məhdudiyyətli insanların işgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalara, onların yaşayış yerləri ilə bağlı hər cür istismar, zorakılıq və təhqir praktikasına məruz qalmamasını təmin etməlidir. Onların şəxsi həyatlarının tam toxunulmazlığı olmalıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq