SİYASƏT
Azərbaycan gələcək inkişafla bağlı aydın baxış və strateji xəttə malikdir
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib, əlaqələrin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar və bu problemin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qonaqlara məlumat verib.
Böyük Britaniya nümayəndə heyətinin üzvləri Azərbaycanın əldə etdiyi nailiyyətlərin heyranlıq doğurduğunu bildiriblər. Onlar Azərbaycanın gələcək inkişafla bağlı aydın baxış və strateji xəttə malik olduğunu diqqətə çatdırıblar.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Bakıda “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminin keçirilməsi xüsusilə vurğulanıb.
Görüşdə regional və qlobal proseslər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.