Azərbaycan güləşçiləri “Poland Open” turnirini 5 medalla başa vurublar
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, sonuncu yarış günündə - iyunun 13-də 60, 63, 72, 87 və 97 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Turnirdə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz dörddəbir finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün İ.Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən güləşçimiz bürünc medalı boynundan asıb.
Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) bürünc, qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [20:42]
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin mükafatçısı olub
- 14.05.2026 [20:31]
Azərbaycanın qadın güləşçisi Avropa çempionatında gümüş medal qazanıb
- 14.05.2026 [19:33]
İdman gimnastikası üzrə “AGF Trophy” turnirinin ilk günü başa çatıb VİDEO
- 14.05.2026 [19:24]
Astanada türkdilli ölkələrin şahmat çempionatına start verilib
- 14.05.2026 [17:20]
"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb
- 14.05.2026 [17:05]
“Real Madrid”də növbədənkənar prezident seçkiləri keçiriləcək
- 14.05.2026 [16:20]