Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında 4-cü yerdədir
Tbilisi, 19 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 166,9 milyon ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
İki ayda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 10,1 faiz paya malik olub. Bununla da Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.
Son 1 ildə Gürcüstanın Azərbaycana ixracının dəyəri 29 faiz azalaraq 66,3 milyon dollar, Azərbaycandan idxalının dəyəri isə 25,3 faiz azalaraq 100,6 milyon dollar təşkil edib.
Gürcüstanın ümumi ixracında Azərbaycan 13,4 faiz paya sahib olub və bununla da qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında ikinci yeri tutub. Gürcüstanın ümumi idxalında isə Azərbaycan 8,7 faiz payla qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan sonra dördüncü əsas idxal tərəfdaşı olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Gürcüstan xarici ticarət dövriyyəsi 1 milyard 654 milyon dollar təşkil edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]