Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARININ ÜZVLƏRİNƏ

Əziz həmkarlar ittifaqları üzvləri!

Bu il Azərbaycanda ən kütləvi ictimai təşkilat olan həmkarlar ittifaqlarının yaranmasının 100 illiyi və ölkə miqyasında həmkarlar ittifaqları mərkəzi orqanının təsis edilməsinin 85 illiyi tamam olur.

Zəngin ənənələrə malik Azərbaycan həmkarlar hərəkatı öz tarixində bir sıra mərhələlərdən keçmişdir. 1905-ci ilin oktyabrında Bakıda fəhlə və qulluqçuların ilk həmkarlar ittifaqlarının yaradılması ilə başlayan bu hərəkat tezliklə geniş vüsət alaraq əsas istehsal, nəqliyyat və xidmət sahələrini əhatə etmişdir. Bu dövrdə həmkarlar ittifaqları əmək hüquqlarının əsil müdafiəçisi kimi çıxış edərək, iş şəraitinin yaxşılaşdırılmasında, sosial-məişət problemlərinin həllində mühüm uğurlara nail olmuşlar. Lakin bu da bir həqiqətdir ki, istər Rusiya imperiyası dövründə, istərsə də Azərbaycan Xalq Cümhuriyyəti illərində müxtəlif siyasi qüvvələr həmkarlar təşkilatlarını öz məqsədləri naminə ideoloji təsirlərə məruz qoymuş, onları siyasi mübarizələrin fəal iştirakçısına çevirmişlər.

Sovet hakimiyyəti illərində də həmkarlar ittifaqları əslində siyasi-ideoloji və idarəçilik sisteminin mühüm tərkib hissələrindən biri idi. Ölkədə həyata keçirilən bütün quruculuq və maarifçilik işlərində həmkarlar ittifaqları yaxından iştirak etmiş, bir çox hallarda isə bu tədbirlərin əsas təşkilatçıları və icraçıları olmuşlar. O dövrdə savadsızlığın ləğvi, mədəni-maarifçilik işinin təşkili, fəhlə və qulluqçuların sosial-məişət problemlərinin həlli həmkarlar təşkilatlarının fəaliyyəti ilə bilavasitə bağlı olmuşdur. Müəssisə və təşkilatlarda əməyin mühafizəsi, sosial hüquqların qorunması, müalicə və istirahət ocaqlarının, idman komplekslərinin və mədəniyyət mərkəzlərinin geniş şəbəkəsinin yaradılması və zəhmətkeşlərin xidmətinə verilməsi həmkarlar təşkilatlarının fəaliyyətinin mühüm istiqamətləri idi.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra həmkarlar ittifaqlarının tarixində yeni mərhələ başlanmış, onların fəaliyyəti yeni məzmun kəsb etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ali siyasi hakimiyyətə yenidən qayıdışı həmkarlar təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qorudu, onların onilliklər boyu yaradılmış maddi bazasının dağıdılmasının qarşısını aldı. Həmkarlar ittifaqlarının idarə olunması və fəaliyyətində ideoloji amillərin təsiri aradan qaldırıldı, inzibati-amirlik metodlarından imtina edildi. 1993-cü ildə demokratik idarəçilik və fəaliyyət prinsiplərini əsas tutan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yaradıldı. 1994-cü ildə qəbul edilmiş “Həmkarlar ittifaqları haqqında” Qanun bu təşkilatların müstəqilliyini bir daha təsbit etdi, onların yalnız qanun və nizamnamə çərçivəsində fəaliyyət göstərməsini təmin edən zəruri hüquqi baza yaratdı.

Bazar iqtisadiyyatının sərt qanunları şəraitində müstəqil Azərbaycanın həmkarlar ittifaqları cəmiyyətdə işçilərin sosial-məişət, mədəni-maarif və müalicə-istirahət hüquqlarının təmin olunmasına, əhalinin müxtəlif qrupları arasında həmrəylik və konsensus yaradılmasına, aztəminatlı təbəqələrə qayğı göstərilməsinə və s. məsələlərin həllinə mühüm töhfə verirlər. Eyni zamanda, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəmiyyətdə konstruktivlik ruhu təbliğ edir, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsində böyük rol oynayır. Hökumət, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyası arasında hər il imzalanan Baş Kollektiv Saziş bu məqsədə xidmət edir və onun tələblərinə dönmədən əməl edilməsi bütün iştirakçı tərəflərin mühüm vəzifəsidir. Bu gün biz tam əminliklə deyə bilərik ki, həmkarlar təşkilatları idarə və müəssisələrdə əmək müqavilələrinə əməl olunmasında, işçilərin sosial hüquqlarının qorunmasında, əmək şəraitinin yaxşılaşmasında fəal rol oynayırlar.

Son illərdə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu dinamik surətdə artmışdır. Ölkədə çoxsaylı yerli və xarici müəssisələr, transmilli şirkətlər fəaliyyət göstərirlər. Bu gün həmin müəssisə və şirkətlərdə işləyən vətəndaşların sosial hüquqlarının müdafiəsi, əmək qanunvericiliyinə və müqavilələrinə əməl edilməsinə nail olmaq həmkarlar təşkilatları qarşısında duran həlli vacib vəzifələrdəndir.

Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan həmkarlar ittifaqları müvafiq beynəlxalq təşkilatlarla fəal və səmərəli əlaqələr quraraq, mütərəqqi xarici təcrübəni öyrənir və bu təşkilatların əməyin təşkili, sosial problemlərin həlli sahəsindəki qabaqcıl təcrübəsini uğurla tətbiq edirlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu təşkilatların üzvlüyünə qəbul olunması onun qazandığı beynəlxalq nüfuzun məntiqi nəticəsidir.

Əziz həmkarlar ittifaqları üzvləri! İnanıram ki, müstəqil Azərbaycan Respublikasının əsas demokratik təsisiatlarından biri olan həmkarlar ittifaqları vətəndaşların əmək hüquqlarının cəsarətlə qorunması və sosial rifah halının yüksəldilməsi sahəsində öz nəcib fəaliyyətlərini bundan sonra da davam etdirəcək və öhdələrinə düşən vəzifələri uğurla yerinə yetirəcəklər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını və ona daxil olan təşkilatların üzvlərini, həmkarlar hərəkatı veteranlarını, bütün əmək adamlarını əlamətdar yubiley münasibətilə təbrik edir, onlara cansağlığı, xalqımızın rifahı və müstəqil dövlətimizin tərəqqisi naminə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO