AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində fevralın 13-dən 17-dək Almaniyanın Oberammerqau şəhərində “NATO maddi-texniki təminat” kursu, fevralın 13-dən 23-dək Sloveniyanın Nova Qoritsa şəhərində “İngilis dilinin tədrisi metodikası”, fevralın 14-dən 16-dək Albaniyanın paytaxtı Tiranada “Avratlantik tərəfdaşlığın işçi planı” üzrə seminarlar keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama əsasən, tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edirlər.