AZƏRBAYCAN İDMANÇISI KİKBOKSİNQ ÜZRƏ AVRASİYA KUBOKU UĞRUNDA TURNİRDƏ GÜMÜŞ MEDAL QAZANMIŞDIR
Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 26-da Moskvada kikboksinqin WBKF versiyası üzrə Avrasiya kuboku uğrunda turnir keçirilmişdir. “Arbat” döyüş klubunun rinqində baş tutmuş turnirdə çəkisi 76 kiloqramadək olan idmançılar iştirak etmişlər.
Azərbaycan idmançısı Pərviz Abdullayev bu turnirdə 2002-ci il Avropa çempionatının mükafatçısı, beşqat Moldova çempionu İvan Qayvan və 2008-ci il dünya çempionu, 2007-ci il K-1 üzrə Avropa çempionu, 2006-cı il tay-kikboksinq üzrə dünya çempionatının mükafatçısı, kikboksinq üzrə üçqat Estoniya çempionu Aleksandr Bernyakovu məğlub edərək finala çıxmışdır.
Həlledici qarşılaşmada onun rəqibi WAKO üzrə dünya çempionatının ikiqat mükafatçısı, WBKF-2008 Avrasiya çempionu, WAKO-2004 Asiya çempionu, kikboksinqin WAKO versiyası üzrə dəfələrlə Qırğızıstan çempionu Kumar Jaliyev olmuşdur. Döyüşdə daha yaxşı nəticə göstərmiş Kumar Jaliyev birinci, Pərviz Abdullayev isə ikinci yerə layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
- 14.10.2026 [10:22]
“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq
- 14.10.2026 [10:13]
UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib
- 14.10.2026 [09:55]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb
- 14.10.2026 [01:15]