AZƏRBAYCAN İLƏ AVROPA ŞURASI ARASINDA ƏLAQƏLƏR İNKİŞAF EDİR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə demişdir ki, dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları kimi, Avropa Şurasının da ölkəmizə marağı və inamı artır. Avropa Birliyi, ATƏT, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, NATO və onun Parlament Assambleyası dəfələrlə öz tədbirlərini Bakıda keçirmişlər. AŞPA da 2005-ci ildən başlayaraq özünün bir sıra tədbirlərini Azərbaycanda keçirmək barədə qərar qəbul etmişdir. Təşkilatın buna razılıq verməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu və qurumla ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olması ilə əlaqədardır. Bu isə, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]