Azərbaycan ilə Çexiya arasında hərbi-texniki sahədə əlaqələr genişlənir
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan ilə Çexiya arasında hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun martın 15-də Çexiya Parlamenti Deputatlar Palatasının müdafiə komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib. Nazir müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və hərbi-texniki sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Çexiya hərbi-sənaye şirkətlərinin nümayəndələri ilə Silahlı Qüvvələrimizin silahlanmasındakı döyüş texnikası və avadanlıq, eləcə də Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin modernizə olunması və yenilənməsi, texniki baxımdan yerli şəraitə uyğunlaşdırılmış müasir müşahidə sistemlərinin əldə edilməsi, eləcə də hərbi təhsil, qarşılıqlı təcrübə səfərləri və maraq doğuran digər mövzulara dair geniş fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]