Azərbaycan ilə Əfqanıstan arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələsi müzakirə olunub
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında fikir mübadiləsi aparıblar. Əfqanıstanın xarici işlər naziri ölkəsinin Mərkəzi Asiya vasitəsilə bu dəhlizə çıxış əldə etməkdə maraqlı olduğunu deyib.
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinə ölkəmizin cəlb olunması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:27]
Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində
- 09.06.2026 [11:35]
Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb
- 08.06.2026 [11:46]