Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan İpək Yolu Beynəlxalq Sərgisinin “Fəxri qonaq ölkə”sidir VİDEO

Sian, 16 noyabr, AZƏRTAC

Çinin Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərində 7-ci İpək Yolu Beynəlxalq Sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının, Kommersiya Nazirliyinin və Şansi vilayət hökumətinin birgə təşkilatçılığı ilə keçirilən sərginin məqsədi tarixi İpək yolu üzərində yerləşən ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsinə, xalqlar arasında dostluq əlaqələrinin dərinləşməsinə təkan verməkdir. İpək Yolu Beynəlxalq Sərgisi Çin hökumətinin qərarı ilə 2016-cı ildən hər il təşkil olunur. Sərginin Sianda keçirilməsi də rəmzi məna daşıyır. Çünki Sian Çində qədim İpək yolunun başlanğıcı hesab olunur.

Azərbaycanın “Fəxri qonaq ölkə” statusunda iştirak etdiyi builki sərgiyə 50-dən çox ölkə qatılıb. Açılış mərasimində çıxış edənlər, o cümlədən Çin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini Can Çinvey forumun İpək yolu üzərində yerləşən ölkələrin əməkdaşlığının genişlənməsində böyük platforma olduğunu qeyd edib. Bildirilib ki, xalqların fəal inteqrasiyası üçün qarşılıqlı əməkdaşlıq dərinləşdirilməlidir.

Açılış mərasimində çıxış edən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov qədim İpək yolu üzərində yerləşən Azərbaycanın tarixən ticarət, mədəniyyət körpüsü rolunu oynadığını bildirib. O, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün icrasına Azərbaycanın töhfələrindən danışıb, bu xüsusda əlverişli coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika imkanları ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda oynadığı rolu vurğulayıb. Səfir Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsü üzrə nəqliyyat-logistika infrastrukturuna Çindən sonra ən çox sərmayə yatıran ikinci ölkə olduğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsünün “Bir kəmər, bir yol” strategiyasının vacib hissəsi olan Orta Dəhlizə böyük töhfələr verəcəyini diqqətə çatdırıb.

Sərginin ekspozisiya bölməsindəki Azərbaycan stendində ölkəmizin investisiya, nəqliyyat-logistika və turizm potensialı nümayiş olunur. Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə hazırlanan stendimizi ziyarət edənlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Ələt Azad İqtisadi Zonasında (AFEZ), İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) sənaye parklarında verilən imtiyazlar, AZPROMO, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin investorlara göstərdiyi xidmətlərə dair məlumatlar verilir. Ölkə stendində “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunur, alkoqollu və alkoqolsuz içkilərin dequstasiyası keçirilir.

Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini Can Çinvey, digər Çin rəsmiləri, Şansi vilayətinin rəhbər şəxsləri Azərbaycan stendini ziyarət ediblər.

Sərgi çərçivəsində müxtəlif tədbirlər, forumlar, konfranslar, o cümlədən İpək yolu iqtisadi kəməri beynəlxalq əməkdaşlıq forumu da keçirilir. Tədbirdə İpək Yolu üzərində yerləşən ölkələr arasında ticarətin inkişafı, yeni ticarət növlərinin tətbiqi məsələləri diqqət mərkəzində olacaq.

Sian şəhərində keçirilən 7-ci İpək Yolu Beynəlxalq Sərgisində iştirak edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov Şansi vilayətinin qubernatoru Cao Qan ilə görüşüb.

Görüşdə dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı qarşılıqlı etimad və dostluq münasibətlərinin Azərbaycan və Çin əlaqələrinin müxtəlif sahələrdə sürətlə inkişafını təmin etdiyi vurğulanıb, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib.

Qeyd olunub ki, Şansi vilayəti Azərbaycanın Çin ilə münasibətlərində xüsusi rol oynayır və bu rol hər iki tərəfin iqtisadi-ticari, nəqliyyat-logistika potensialı sayəsində daha da arta bilər. Bu xüsusda Sian şəhərinin Çindən Avropaya gedən yük qatarları üçün logistik mərkəz olması, Azərbaycanın isə coğrafi mövqeyi və nəqliyyat-tranzit potensialı ilə Orta Dəhlizin vacib ölkəsi olması əməkdaşlıq üçün olduqca böyük imkanlar yaradır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Sian

 

Azərbaycan İpək Yolu Beynəlxalq Sərgisinin “Fəxri qonaq ölkə”sidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

İngiltərədə hərbi helikopter qəzaya uğrayıb: Üç əsgər həyatını itirib

Xəzərdə zəlzələ olub

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır

Tramp: İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftəsonu baş verə bilər

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək

Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib