Azərbaycan kapoeyraçıları onlayn “Joga Maneiro” dünya çempionatında uğurla çıxış ediblər
Bakı, 15 aprel, AZƏRTAC
Dünya Kapoeyra Federasiyasının (WCF) təşkilatçılığı ilə onlayn “Joga Maneiro” dünya çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycan idmançıları ilə yanaşı, Koreya Respublikası, İtaliya, Yaponiya, Polşa, ABŞ, Estoniya, Avstraliya və digər ölkələrdən kapoeyraçılar iştirak ediblər. Bu ölkələr arasında kapoeyranın vətəni olan Braziliya idmançıları da çoxluq təşkil ediblər.
Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası yarışda üç medal qazanıb. İdmançımız Oxçu Şahmuradov (82 kq) yarışa uğurla start verib. Finaladək inamla irəliləyən idmançımız finalda cüzi fərqlə polşalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. Millimizin üzvü Fərid Səlimov (76 kq) da yarışı ikinci pillədə başa vurub.
Digər medalı isə komandamıza Fərid Allahverdiyev (82 kq) qazandırıb. Təmsilçimiz yarışda üçüncü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]