Azərbaycan Konqreslər Bürosu İCCA-nın illik konqresində ilk dəfə ölkəmizi təmsil edib
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) illik konqresində iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İCCA özünün sayca 53-cü olan illik konqresini Türkiyənin Antalya şəhərində keçirib.
Azərbaycan Konqreslər Bürosu bu nüfuzlu təşkilata cari ilin yanvar ayında üzv olub və assosiasiyanın bütün üzvlərini bir araya gətirən tədbirdə ilk dəfə olaraq iştirak edib.
Ənənəvi olaraq keçirilən bu tədbir İCCA-ya üzv olan şirkət və təşkilatlara yaxın zamanlarda təşkil olunan və eyni zamanda tezliklə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, həmçinin əldə olunan təcrübə və turizm sahəsindəki yeniliklər barədə ətraflı məlumat mübadiləsi üçün geniş imkanlar yaradıb.
Konqres çərçivəsində biznes turizmin müxtəlif sahələri üzrə, o cümlədən görüşlərin idarəsi, məkan marketinqi, məkanların seçilməsi, nəqliyyat sektoru və s. üzrə xüsusi sessiyalar təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]