AZƏRBAYCAN KULİNARLARI BEYNƏLXALQ ÇEMPİONATDA IV YERİ TUTMUŞLAR
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov AZƏRTAC-a bildirmişdir ki, çempionatda həmçinin Şimali Kipr Türk Respublikası, Yunanıstan, İrlandiya, Malta, Türkiyə, Serbiya, Rusiya, Belorus, İtaliya təmsilçiləri də iştirak edirdilər. Birinci və ikinci yerlərə Türkiyə və Malta komandaları layiq görülmüşlər. Beş komanda, on fərdi yarışda gücünü sınayan kulinarlarımız IV yeri tutaraq bürünc medal və diplomlar almışlar. Çempionatda iştirakımıza “Azərbaycan hava yolları” Dövlət Konserni, “İmişli broyler” və “Miri pak” müəssisələri şərait yaratmışlar.