Azərbaycan Moskvada keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcəkdir
Bakı, 11 mart (AZƏRTAC). Martın 21-dən 24-dək Moskvada Beynəlxalq “MİTT-2012” turizm sərgisi açılacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı icarəyə götürülmüş 80 kvadratmetrlik pavilyonda nümayiş olunacaqdır. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri rus və ingilis dillərində hazırlanmış bukletlər, broşürlər, CD-lər və digər reklam vasitələri ilə təqdim olunacaqdır.
Sərgidə nazirliyin, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və ölkəmizdə fəaliyyət göstərən bir neçə turizm şirkətinin təmsilçiləri iştirak edəcəklər.
Novruz bayramı ərəfəsinə təsadüf edən sərgidə ziyarətçilərə ölkəmizdə təşkil edilən “Novruz” turları haqqında məlumatlar veriləcək və onlar bayram şirniyyatlarına qonaq ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]