AZƏRBAYCAN MÜTƏXƏSSİSLƏRİ ABŞ-DA TƏLİM KURSLARI KEÇƏCƏKLƏR
Azərbaycan Hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış “II Kredit Sazişi əsasında İslahat Proqramı”na (2003-2013) əsasən həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsinin (TSİL) kurrikulum islahatının alt-komponenti çərçivəsində mütəxəssislər müəyyənləşdirilmiş və onlar təlim kursları keçmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşmüşlər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, təlim kursları ümumi təhsil üzrə milli kurrikulum və təlim standartlarının hazırlanması, təbiyyat fənləri və ictimai fənlər üzrə inteqrativ kurrikulumun təşkili mövzularını əhatə edəcəkdir.
Qeyd edək ki, səfəri Amerika Beynəlxalq Təhsil Şurası (ACCELS) həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]