Azərbaycan Nalçikdə beynəlxalq ekoloji konfransda təmsil olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə "Dağ ekosistemləri və onların komponentləri" mövzusunda keçirilən beynəlxalq konfransda təmsil olunub.
AZƏRTAC Rusiya saytlarına istinadla xəbər verir ki, tədbirdə Azərbaycan ilə yanaşı, Rusiya, Tacikistan, Özbəkistan, Türkiyə və İran və digər ölkələrin aparıcı elmi institutlarının, ali məktəblərinin, qoruq və təbiəti mühafizə müəssisələrinin nümayəndələri iştirak ediblər.
Forumun əsas məqsədi molekulyardan ekosistemlərədək müxtəlif səviyyələrdə dağlıq ərazilərin flora və faunasının öyrənilməsi sahəsində müxtəlif mütəxəssislərin səylərinin birləşdirilməsi olub. Tədbirin proqramına, həmçinin elmi məlumatların mübadiləsi və ekoloji problemlərin həlli üçün təkliflərin hazırlanması daxil idi.
Konfransın yekunları ilə bağlı dağ ekosistemləri və onların komponentlərinin ekologiyasının aktual problemlərini əhatə edən məqalələr toplusu tərtib olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]