“AZƏRBAYCAN” NƏŞRİYYATI KOLLEKTİVİNİN MÜRACİƏTİ
“Yeni xəbər” qəzetinin 2006-cı il 11 fevral tarixli 04-cü (106) nömrəsində dərc olunmuş və dini heysiyyatlara toxunan yazı bütün Azərbaycan ictimaiyyəti kimi, “Azərbaycan” nəşriyyatının kollektivini də hiddətləndirmişdir.
Bu il “Azərbaycan” nəşriyyatı ilə çap müqaviləsi bağladığına baxmayaraq, “Yeni xəbər” qəzeti 04-cü (106) nömrəsini başqa mətbəədə çap etdirmişdir. Lakin həmin nömrənin son səhifəsində qəzetin guya “Azərbaycan” nəşriyyatında çap olunduğu göstərilmişdir.
“Azərbaycan” nəşriyyatının kollektivi “Yeni xəbər” qəzetinin bu hərəkətinə qəti etirazını bildirir və müqavilənin şərtlərini pozduğuna görə, qəzetin redaksiyası ilə bütün əlaqələrini kəsir.