Azərbaycan nümayəndə heyəti Aşqabadda keçirilən iclasda iştirak edib
Aşqabad, 5 fevral, AZƏRTAC
Türkmənistanda Xəzər dənizində bioloji resursların qanunsuz hasilatına (brakonyerliyə) qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol layihəsinin müzakirəsi üzrə Xəzəryanı dövlətlərin ekspertlərinin növbəti görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Aşqabadda keçirilən görüşdə müvafiq nazirliklərin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin əməkdaşı Məmməd Çıraqlı, Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsinin qərargah rəisinin müavini Rasim Əliyev və digərləri təmsil olunub.
Xəzər dənizində bioloji ehtiyatların qanunsuz hasilatına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol layihəsinin müzakirəsi Xəzəryanı dövlətlərin qarşılıqlı əməkdaşlığının gündəliyində mühüm yer tutur.
Görüş zamanı tərəflər protokolun Xəzər dənizinin təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Sazişə uyğun hazırlandığını qeyd ediblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]