Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan nümayəndə heyəti “Dəyişən dünya kontekstində Çinin inkişafı” mövzusunda simpoziumda iştirak edib VİDEO

Pekin, 20 noyabr, AZƏRTAC

Çinin paytaxtı Pekində “Dəyişən dünya kontekstində Çinin inkişafı” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Çin İctimai Elmlər Akademiyasının təşkil etdiyi tədbir Dünya Çin Tədqiqatları Mərkəzinin yaradılması üçün hazırlıq məqsədi daşıyır.

Müxtəlif ölkələrdən elm adamlarının, ictimai şəxslərin, çinşünaslıq mərkəzlərinin əməkdaşlarının qatıldıqları tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov, akademiyanın Çindəki əlaqələndiricisi, Pekin Xarici Dillər Universitetinin (PXDU) müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev təmsil ediblər.

Çin İctimai Elmlər Akademiyasının prezidenti Van Veyquan simpoziumun əhəmiyyətindən, müxtəlif ölkələrin elmi dairələri arasında əməkdaşlığın möhkəmləndirilməsinin faydalarından danışıb, xaricdə fəaliyyət göstərən çinşünaslıq mərkəzlərinin işinə dəstək məqsədilə ümumi bir mərkəzin yaradılmasının vacibliyini vurğulayıb.

Simpoziumda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan-Çin münasibətlərinin tarixindən, xüsusən tarixi İpək Yolunun bu əlaqələrin inkişafına müsbət təsirindən söz açıb. O hələ qədim zamanlardan ölkəmizdə Çinə olan böyük marağın genişlənərək inkişaf etdiyini, İpək Yolu üzərində körpü funksiyasını həyata keçirən Azərbaycanın Çinin Qafqaz ilə əlaqələrində mühüm rol oynadığını diqqətə çatdırıb.

İ.Həbibbəyli ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərlərinin ikitərəfli əlaqələrin inkişafındakı rolundan danışıb, bu səfərlər zamanı imzalanmış sənədlərin müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verdiyini, ölkələrimizin müxtəlif sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib.

Azərbaycan-Çin elmi əlaqələrdən bəhs edən akademik İ.Həbibbəyli son illər iki ölkə arasında elmi mübadilənin inkişafının intensiv xarakter aldığını, bunun həm də xalqlarımızın bir-birini daha yaxşı tanımasına zəmin yaratdığını, dostluq münasibətlərini dərinləşdirdiyini deyib. Vurğulanıb ki, AMEA ilə Çin İctimai Elmlər Akademiyası arasında əlaqələr mübadilə və qarşılıqlı səfərlər vasitəsilə ildən-ilə inkişaf edir.

Hazırda iki ölkənin elmi mübadilə və müzakirələr mühitinin daha ardıcıl xarakter aldığını diqqətə çatdıran İ.Həbibbəyli rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Çinin elmi qurumları ilə əlaqələrin güclənməsi yönündə geniş işlər görüldüyünü bildirib. Çinin Konfutsi İnstitutu ilə elmi-ədəbi əlaqələrin inkişafı üzrə imzalanmış müqaviləyə uyğun olaraq institutda Çinşünaslıq Mərkəzinin yaradılması, institutun əməkdaşlarının Çində keçirilən konfrans, seminar və simpoziumlarda fəal iştirakı, Çinin elm adamlarının Ədəbiyyat İnstitutuna tez-tez təşkil edilən səfərləri, birgə tədbirlərin reallaşdırılması bunun parlaq nümunəsidir.

Bu yaxınlarda açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə Asiyanı birləşdirən “Dəmir İpək Yolu” funksiyasını yerinə yetirdiyini diqqətə çatdıran AMEA-nın vitse-prezidenti bu layihənin Çinin “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olduğunu, həm də onu tamamladığını bildirib. Akademik “Bir kəmər, bir yol” strategiyasının təkcə iqtisadi əlaqələri deyil, eyni zamanda, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkan yaradacağını bildirib.

Simpoziumda professor B.Əhmədovun “Azərbaycan ədəbiyyatında İpək Yolu izləri” mövzusunda məruzəsi dinlənilib.

Azərbaycan nümayəndə heyətinin Çin İctimai Elmlər Akademiyasının prezidenti V.Veyquan ilə görüşündə ölkələrimizin elm ocaqları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

V.Veyquan sentyabrda Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Həmin səfər zamanı iki ölkənin ali elmi təşkilatları arasında əməkdaşlığa dair əldə olunmuş razılıqların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin PXDU-nun rəhbərliyi ilə keçirilən görüşündə iki ölkənin elm və təhsil əlaqələrindən söz açılıb, Azərbaycanda Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin münasibətlərimizin dərinləşməsinə töhfə verdiyi vurğulanıb.

Universitetin prorektoru Sun Youcun PXDU haqqında məlumat verib. Bildirilib ki, əsasən xarici dillər üzrə kadrların hazırlanması ilə məşğul olan bu ali təhsil ocağında hazırda 80 xarici dil tədris olunur. Cari ilin fevralından Azərbaycan dilinin ikinci dili kimi tədrisinə başlanıldığını qeyd edən prorektor növbəti tədris ilində Azərbaycan dili ixtisası üzrə tələbə qəbulunun planlaşdırıldığını diqqətə çatdırıb.

Professor S.Youcun PXDU-da Azərbaycan dilinin tədrisi prosesinə Azərbaycanın ali təhsil ocaqlarının, xüsusən Bakı Dövlət Universitetinin verdiyi dəstəyi vurğulayıb, Azərbaycanın Milli Elmlər Akademiyası və ölkənin digər ali təhsil ocaqları ilə əlaqələrin qurulmasını arzuladıqlarını söyləyib.

Akademik İ.Həbibbəyli rəhbərlik etdiyi Ədəbiyyat İnstitutu haqqında məlumat verib. O, institutun PXDU-ya Azərbaycan dilinin və ədəbiyyatının tədrisi, tədqiqatı ilə bağlı hər cür dəstək verməyə hazır olduğunu deyib, bu istiqamətdə müəllim mübadiləsi, birgə konfransların təşkili (o cümlədən videokonfranslar), universitet üçün lazımi ədəbiyyatın təmin olunması, elmi jurnallarda qarşılıqlı olaraq məqalələrin çapını təklif edib. AMEA-nın vitse-prezidenti PXDU-da Azərbaycan guşəsinin yaradılmasına da lazımi dəstək veriləcəyini bildirib.

Nümayəndə heyəti səfər zamanı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyan parkındakı abidəsini ziyarət edib, ölkəmizin Çindəki səfirliyində görüş keçirib. Akademik İ.Həbibbəyli Çin Mərkəzi Televiziyasının xəbər kanalı olan CCTV13-ə verdiyi müsahibədə ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığından söz açıb, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqələrini təmin etdiyini vurğulayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Azərbaycan nümayəndə heyəti “Dəyişən dünya kontekstində Çinin inkişafı” mövzusunda simpoziumda iştirak edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb - YENİLƏNİB

Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb