AZƏRBAYCAN NÜMAYƏNDƏSİ AVROPA ŞURASI KOMİTƏSİNİN BÜRO ÜZVÜ SEÇİLMİŞDİR
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, noyabr ayının 23-25-də Strasburqda qurumun Ərazi Sığınacağı, Qaçqın və Aparteidlərin hüquqi aspektlərinə dair Ekspertlər Komitəsinin (CAHAR) 56-cı iclası keçirilmişdir. Komitənin işində ölkəmizi Xarici İşlər Nazirliyinin əməkdaşı Cavid Musayev təmsil etmişdir.
CAHAR-ın iclasında Avropa Şurası Nazirlər Komitəsinin daxili köçkünlər üzrə ilkin tövsiyə layihəsi müzakirə olunaraq qəbul edilmişdir. Bu layihədə Avropa Şurasına üzv olan dövlətlərin həmin problemlərlə qarşılaşmasına dair vaxtilə qəbul olunmuş prinsiplərin nəzərə alınması tövsiyə edilmişdir.
Yığıncaqda bu komitənin bürosuna seçkilər keçirilmiş və C.Musayev büro üzvü seçilmişdir.