Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan öhdəliklərinə sadiqdir və neft bazarında sabitlik proseslərinə töhfəsini davam etdirəcək

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun təşkilatçılığı ilə “Qlobal energetika və beynəlxalq siyasi risklər” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın “Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı ilə “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq videokonfrans keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən “Valday” Beynəlxalq Diskussiya Klubunun İdarə heyətinin sədri Andrey Bıstritski dünyanın üzləşdiyi pandemiya böhranından danışıb. O deyib ki, normal həyata qayıtmaq üçün kifayət qədər vaxt tələb olunacaq. Onun sözlərinə görə, bu dövrdə dünya bir daha energetikanın əhəmiyyətini anladı. Energetika müxtəlif mahiyyətli bir sıra münaqişələrin tərkibindədir. Energetika siyasi proseslərlə yanaşı addımlayır. “Enerji olmadan həyatın davam etdirilməsi mümkün deyil. Bu gün təşkil olunmuş konfransda bu istiqamətdə müzakirələr aparılacaq”, - deyə sədr vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Rusiya və Azərbaycanın həyatında energetikanın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, xüsusilə energetika sahəsində Rusiya ilə əməkdaşlıq çox əhəmiyyətlidir: “Azərbaycanın müstəqillik tarixinə baxsaq, 1990-cı illərdə rəqabət barədə geniş müzakirələr aparılırdı. Hazırda bir sıra məsələlərdə rəqabət kənara qoyulmalı və əməkdaşlığa yönəlik münasibətlər nəzərdən keçirilməlidir”.

Energetika naziri Pərviz Şahbazov çıxışı zamanı deyib ki, OPEC+ çərçivəsində tənzimləmə mexanizmlərini nəzərə alaraq Azərbaycan ilk addım atan ölkələrdən olub. Nazir bildirib ki, dünya ölkələri mövcud vəziyyətdə əməkdaşlığa və innovasiyalara daha açıq olmalıdır. OPEC+ nəticəsində qəbul olunmuş qərarların icrasının sabit qalmasına nail olmalıyıq. Bu formatın genişlənməsini labüd hesab edirəm. Azərbaycan öhdəliklərinə sadiqdir və neft bazarında sabitlik proseslərinə töhfəsini davam etdirəcək.

Energetika naziri bildirib ki, neft istehsalı və dənizdən neftin çıxarılması Azərbaycanın adı ilə bağlıdır. Belə ki, 1899-cu ildə Azərbaycan dünya tələbatının 50 faizini ödəyirdi. Pərviz Şahbazov, həmçinin ənənəvi enerji mənbələrinin cəlbediciliyinin əvvəlki kimi olmadığını və bərpa olunan enerji mənbələrinin rolunun artırılmasının vacibliyini qeyd edərək deyib: “Azərbaycan Prezidenti İlham Əliyev bərpa olunan enerji mənbələrinin artırılması və ölkədəki enerji mənbələrinin şaxələndirilməsini inkişafın prioritet sahələri kimi müəyyən edib. Bununla bağlı qanun layihəsi hazırlanıb. Özəl sektorun və investisiyanın cəlb olunması üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atılır.

Nazir Azərbaycan-Rusiya münasibətlərindən də danışıb, Rusiya şirkətlərinin son 26 ildə “Şahdəniz”, Cənub Qaz Dəhlizi layihələrində fəal iştirak etdiklərini bildirib. Onun sözlərinə görə, Azərbaycanın neft-qaz sektoruna Rusiya şirkətlərinin sərmayəsi 4 milyard dollara bərabərdir.

Rusiyanın Energetika naziri Aleksandr Novak dünya iqtisadiyyatının gözlənilməz hadisə ilə üzləşdiyini bildirərək qeyd edib ki, bu il ÜDM-də 5-6 faiz azalma gözlənilir və bu da dünya energetikasına ciddi təsir edəcək. Rusiyalı nazir bildirib ki, energetika ən ciddi ssenarilərə dayanıqlılığı təmin edə bilər. Nazir deyib: “Tələbatın kəskin azalmasına baxmayaraq, həddən artıq təklifin olması ilə əlaqədar böhranın qarşısını almalıyıq. Biz hasilatın ciddi azalmasına nail olmasaydıq, qiymətlərin uzunmüddətli ciddi düşməsi və mənfiyə getməsinin şahidi olardıq. Anbarların dolması ehtimalı var idi. OPEC-in qərarı vaxtında verilmiş qərar idi. Hazırda bazar həssasdır. Buna görə istehsalçılar arasında əməkdaşlıq çox vacibdir”.

“Valday” Beynəlxalq Diskussiya Klubunun elmi iş üzrə direktoru Fyodor Lukyanovun moderatorluğu ilə keçirilən tədbirdə ekspertlər sessiyası baş tutub. İlk olaraq çıxış edən Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktoru Konstantin Simonov enerjinin siyasi proseslərə təsiri mövzusunun ötən əsrin 50-60-cı illərindən mövcud olduğunu deyib. Onun sözlərinə görə, bu, özünü birinci və ikinci neft böhranlarından sonra daha çox büruzə verib. Lakin onun fikrincə, energetikanın siyasiləşməsi son zamanlar dəyişib və buna şist inqilabı və yaşıl inqilab səbəb olub.

BP şirkətinin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışı zamanı pandemiyanın qlobal enerji bazarına təsirlərindən danışıb. Onun sözlərinə görə, çətin iqtisadi vəziyyətə baxmayaraq, BP şirkəti Azərbaycandakı layihələrin icrasına sadiqdir. “Məqsədimiz ən azından qarşıdakı 30 ildə Azərbaycanda biznesi davam etdirməkdir. Bu da ölkə ilə Hasilatın Pay Bölgüsü sazişinə əsasən həyata keçirilir. Lakin biz Xəzər hövzəsinin rəqabətliliyini artırmalıyıq ki, layihələr aşağı qiymətdə belə rəqabətli olsun. Biz, həmçinin Azəri-Çıraq-Günəşli ilə bağlı “Əsrin müqaviləsi” layihəsini davam etdirməyə sadiqik”, - deyə Bəxtiyar Aslanbəyli vurğulayıb.

Kral Fahd adına Neft və Minerallar Universitetinin departament rəhbəri Şafi Aldamer çıxışında neftdən siyasi proseslərdə istifadə olunmadığını, əksinə, siyasi prosesləri tənzimlədiyini deyib. Onun sözlərinə görə, OPEC sabitləşdirmə faktorudur və bu təşkilatda inhisarçılıq yoxdur: “Azərbaycanın OPEC+ çərçivəsində dünya iqtisadiyyatının sabitləşməsinə cəhdlər edir. Düşünürəm ki, bu format davam edəcək. Bu prosesdə əlində gələni edən ölkələr bazara nəzarət və siyasi gündəmi dəyişmək üçün deyil, bazarı sabitləşdirmək üçün edir”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova məhz 2016-ci il Davos Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-OPEC ölkələrinin forumunun yaradılması təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb. O, neftə olan tələbatın sürətlə azalmasından danışaraq, qazın buna daha az məruz qaldığını bildirib. Onun sözlərinə görə, həmçinin bərpa olunan enerji böhrana daha ciddi müqavimət göstərib. Esmira Cəfərova deyib ki, dövlətlərarası əməkdaşlıq olmasa, bu çağırışların öhdəsindən gəlmək mümkün olmayacaq.

Almaniya-Rusiya Forumunun elmi direktoru Aleksandr Rar dünya bazarında dəyişikliklərin dünyada geosiyasi münaqişələrə də təkan verdiyini bildirib. O, son zamanlar “Şimal Axını 2” layihəsi ətrafında müzakirələrə və ABŞ-ın sanksiya təhdidlərinə toxunub. Onun sözlərinə görə, bütün bunların fonunda Almaniya enerji şirkətlərini özəlləşdirib və bazar qanunlarının öhdəsinə buraxıb.

“Valday” Beynəlxalq Diskussiya Klubunun proqram direktoru İvan Timofeyev çıxışı zamanı hazırda ABŞ-ın beynəlxalq maliyyə sistemində liderlik etdiyini bildirib. Onun sözlərinə görə, dollar dünyada ən çox işlənən pul vahididir və amerikalılar bundan siyasi alət kimi istifadə edirlər. O bildirib ki, Aİ nə qədər iradə nümayiş etdirsə də, bazarda sərbəst hərəkət edən şirkətlər ABŞ qanunlarına tabe olub “Şimal axını”ndan uzaqlaşacaq.

Tədbir daha sonra sual-cavab sessiyası ilə davam etdirilib.

Qeyd edək ki, konfrans sabah da qapalı şəkildə öz işini davam etdirəcək.

Konfransın ikinci günündə Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko, Rusiya Energetika nazirinin müavini Pavel Sorokin və Azərbaycanın Energetika nazirinin müavini Samir Vəliyev çıxış edəcək və Rusiya və Azərbaycan münasibətləri, nailiyyətlər, çağırışlar və qarşılıqlı fayda kəsb edən əlaqələrin perspektivlərinə dair müzakirələr aparacaqlar. Konfransın işində, həmçinin Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunun (MQİMO) elmi əməkdaşları Nikolay Silayev, Sergey Markedonov, Rusiya Elmlər Akademiyasının elmi əməkdaşı Stanislav Pritçin, Milli Məclisin deputatı Nizami Səfərov, politoloq Tofiq Abbasov və Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina iştirak edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada uşaqlara internet üzərindən açıq-saçıq görüntülərin göndərilməsinin qarşısı alınır

Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır

Ölkəmizdə ukraynalı uşaqlara reabilitasiya xidmətləri göstərilir

Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar

“Qarabağ Tallin” Brüsseldə keçirilən beynəlxalq turnirin gümüş mükafatçısı olub

Bu ilin 4 ayında Azərbaycan Aİ ölkələri arasında ən çox İtaliyaya məhsul göndərib

Cəlilabadda şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm qoyur

Yaradıcılıq tələb edən fənlərin sertifikatlaşdırılması tədrisin keyfiyyətini artıracaq - ekspert

Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil edilib

Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib VİDEO

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb

BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb VİDEO

Aleksandr Sırski: İlin əvvəlindən bəri Ukraynanın 600 kvadratkilometrdən çox ərazisi azad edilib

Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub

AzTU və Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı imzalanıb

Varşavada "İkinci Dünya müharibəsində nasizm üzərində qələbədə Azərbaycanın rolu" adlı sərgi təşkil olunub

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir VİDEO

Mehmet Seven: Azərbaycanın enerji diplomatiyası ölkəni qlobal enerji xəritəsinin əsas aktorlarından birinə çevirib

Culfada Vəkil Bürosu açılıb

Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir

Mərkəzi Afrika Respublikası ABŞ-dən deportasiya olunan miqrantları qəbul edəcək

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq

Dünyada müharibələr fonunda Azərbaycanda sabitliyin olması ölkəmizə yeni imkanlar qazandıra bilər - ŞƏRH

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO

BVF: Qloballaşma prosesi zamanı dünya iqtisadiyyatı yaxşılaşsa da bir çox icma boşluqda qaldı

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək VİDEO

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək VİDEO

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır VİDEO

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır VİDEO

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir VİDEO

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir VİDEO

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb