AZƏRBAYCAN OMBUDSMAN APARATININ FƏALİYYƏTİTÜRKİYƏDƏ YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvəkkil ölkəmizdə insan hüquqlarının qorunması sahəsində görülən işlər barədə qonağa məlumat vermiş, müstəqil ekspertlər şurasının, hüquq klinikaları şəbəkəsinin yaradıldığını, insan hüquqlarının qorunması ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm iş aparıldığını diqqətə çatdırmışdır.
Ombudsman vətəndaşların digər hüquqları ilə yanaşı, gənclərin problemlərinin həlli, uşaq hüquqlarının təmin olunması sahəsində görülən işlərdən də danışmış, xüsusi ehtiyacı olan, ağır xəstəliyə tutulmuş əlil, valideyn himayəsindən məhrum, natamam ailələrdə böyüyən uşaqlara diqqətin artırılmasının vacibliyini vurğulamışdır.
Reha Yılmaz təmsilçisi olduğu Türkiyədə Azərbaycan ombudsmanının çoxcəhətli fəalliyətinə böyük maraq göstərildiyini nəzərə çarpdırmış, ölkəsində Ombudsman təsisatının yaradılması iştiqamətində hazırlıq işlərinin aparıldığını, bununla bağlı milli qanunvericiliyin yaradıldığını, Ombudsman haqqında qanun layihəsinin müzakirə edildiyini bildirmişdir.
Elmira Süleymanova Türkiyədə yaradılmaqda olan təsisata nəzəri, praktik və metodik kömək göstərməyə hazır olduğunu soyləmiş, Qafqaz Universiteti ilə birlikdə insan hüquqları üzrə seminarın keçirilməsini təklif etmişdir.