Azərbaycan-Özbəkistan birgə müəssisəsinə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Azting” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, şirkət tərəfindən aqroparkın 19,98 hektar ərazisində tut tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulur. İnvestisiya dəyəri 170 min manat olan layihənin icrası ilə 5 nəfər daimi, 50 nəfər mövsümi işlə təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]