Azərbaycan parataekvondoçusu beynəlxalq yarışda bürünc medal qazanıb
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycanın daha bir parataekvondoçusu Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında medal qazanıb.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, G4 kateqoriyalı turnirin ikinci günündə Əbülfəz Abuzərli (80 kiloqram, K-44) fəxri kürsüyə yüksəlib.
Taekvondo Federasiyasının dəstəyi ilə yarışda iştirak edən yığma üzvü bürünc medala yiyələnib. Bununla da komandamızın turnirdə qazandığı mükafatların sayı ikiyə çatıb. Abuzərlidən öncə İmaməddin Xəlilov (70 kiloqram, K-44) birinci yeri tutub.
Qeyd edək ki, yığma daha əvvəl Avropa paralimpiya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]