Azərbaycan parataekvondoçusu ilin ən yaxşısı seçilib
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “İlin ən yaxşı parataekvondoçusu” seçilib.
Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı mundotaekwondo.com saytı tərəfindən keçirilən sosial media sorğusuna əsasən səs çoxluğu ilə nominasiyanın qalibi olub.
Bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançı Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. O, həmçinin dünya reytinqinin hazırkı lideridir. İ.Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına da layiq görülmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:37]
Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb
- 05.06.2026 [17:15]
Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
- 05.06.2026 [16:35]
“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub
- 05.06.2026 [16:16]
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- 05.06.2026 [15:21]