AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 11-də Bakı Dövlət Universitetinin futbol meydançasında Azərbaycan Respublikasının Milli Məclisi və İcra hakimiyyəti orqanlarının komandaları arasında Azərbaycan Parlamentinin 90 illiyinə həsr edilmiş “Parlament Kuboku-2008” futbol turnirinin təntənəli açılış mərasimi olmuşdur.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirakçılara uğurlar arzulayaraq bildirmişdir ki, turnir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cumhuriyyətinin 90 illik yubileyi haqqında” 15 fevral 2008-ci il tarixli sərancamına uyğun olaraq hazırlanmış tədbirlər planına əsasən keçirilir. S.Mirzəyev vurğulamışdır ki, ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində qayğı və diqqət göstərilr. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin bu sahədə də yolunu uğurla davam etdirir.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, AFFA-nın prezidenti Rövnəq Abdullayev iştirakçılara uğurlar arzulamışlar. Məlumat verilmişdir ki, turnirdə 16 komanda mübarizə aparacaqdır.
Açılış mərasimindən sonra ilk oyun Milli Məclis və İqtisadi İnkişaf Nazirliyinin komandaları arasında olmuşdur. Bir ay davam edəcək yarışın final mərhələsi iyunun 11-də keçiriləcəkdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]

