AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 11-də Bakı Dövlət Universitetinin futbol meydançasında Azərbaycan Respublikasının Milli Məclisi və icra hakimiyyəti orqanlarının komandaları arasında Azərbaycan Parlamentinin 90 illiyinə həsr edilmiş “Parlament Kuboku-2008” futbol turnirinin təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov iştirak etmişdir.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirakçılara uğurlar arzulayaraq bildirmişdir ki, turnir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” 15 fevral 2008-ci il tarixli Sərancamına uyğun olaraq hazırlanmış tədbirlər planına əsasən keçirilir. S.Mirzəyev vurğulamışdır ki, ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində qayğı və diqqət göstərilir. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin bu sahədə də yolunu uğurla davam etdirir.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, AFFA-nın prezidenti Rövnəq Abdullayev iştirakçılara uğurlar arzulamışlar. Məlumat verilmişdir ki, turnirdə 16 komanda mübarizə aparacaqdır.
Açılış mərasimindən sonra ilk oyun Milli Məclis və İqtisadi İnkişaf Nazirliyinin komandaları arasında olmuşdur. Görüş 5:1 hesabı ilə Milli Məclisin komandasının xeyrinə başa çatmışdır. Bir ay davam edəcək yarışın final mərhələsi iyunun 11-də keçiriləcəkdir.
######
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]


