Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN POLİSİ XALQIMIZA, DÖVLƏTÇİLİYİMİZƏ SƏDAQƏTLƏ XİDMƏT EDİR

Müstəqil Azərbaycanın mühüm dövlət qurumlarından birinin -cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunması kimi məsuliyyətli vəzifələri yerinə yetirən milli polisin tarixi 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılmasından başlayır. Həmin vaxtdan 86 il keçir.

İyulun 2-də Daxili İşlər Nazirliyində Azərbaycan polisinin peşə bayramının 86-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Respublikamızın dövlət bayrağı mərasimin keçirildiyi salona gətirildi. Azərbaycanın dövlət himni səsləndirildi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlətimizin başçısı İlham Əliyevin respublikamızın daxili işlər orqanlarının şəxsi heyətinə arzu və istəklərini çatdırdı və dedi ki, möhtərəm Prezidentimiz peşəkar və dövlətçiliyə sadiq, şanlı fəaliyyət yolu keçmiş polis orqanları əməkdaşlarını peşə günü münasibətilə təbrik edir, ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi çətin və şərəfli işinizdə hamınıza uğurlar diləyir.

Ramiz Mehdiyev xatırlatdı ki, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə iyulun 2-si Azərbaycan polisi günü elan olunmuş, bununla da ulu öndərimiz tərəfindən milli dövlətçilik ənənələrinə sadiqlik bir daha nümayiş etdirilmişdir. Prezident Administrasiyasının rəhbəri dövlətimizin başçısı İlham Əliyevin iyunun 30-da imzaladığı Fərman və Sərəncamları daxili işlər orqanlarına və onların əməkdaşlarına göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirdi.

Polis işçilərinin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini diqqətə çatdıran Ramiz Mehdiyev vurğuladı ki, bu sahədə fəaliyyəti daha da gücləndirmək üçün hər bir polis əməkdaşı öz vəzifələrini icra edərkən qanunçuluğa, müəyyən olunmuş davranış qaydalarına ciddi riayət etməli, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə barışmaz və qətiyyətli olmalı, insan hüquq və azadlıqlarının keşiyində sayıqlıqla durmalı, vətəndaşların etimad və inamını qazanmalıdır.

Prezident Administrasiyasının rəhbəri polis əməkdaşlarının bayramını təbrik etdi, çətin və şərəfli işlərində onlara uğurlar arzuladı.

Sonra daxili işlər naziri general-polkovnik Ramil Usubov “Azərbaycan Respublikasının daxili işlər orqanlarının əldə etdiyi xidməti uğurlar” mövzusunda məruzə etdi. Natiq dedi ki, bu gün müstəqil Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizənin, ictimai qayda-qanunun və təhlükəsizliyin təmin edilməsi kimi mühüm vəzifələri yerinə yetirən, ölkə Prezidentinin hüquq-mühafizə siyasətini dönmədən və uğurla həyata keçirən, xalqımızın əmin-amanlığı keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisinin peşə bayramıdır. O, dövlətimizin başçısının yubiley ərəfəsində imzaladığı Fərman və Sərəncamlara, daxili işlər orqanlarının - polis işçilərinin əməyinə yüksək qiymət verdiyinə görə nazirliyin şəxsi heyəti adından Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevə dərin təşəkkürünü bildirdi.

Nazir bildirdi ki, respublikamızda qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, eləcə də güclü dövlətçilik intizamına və dövlət orqanları arasında normal, işgüzar münasibətlərin yaradılmasına nail olunmuşdur. Bütün bunlar ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatının hər bir sahəsində ciddi irəliləyişlərə nail olmağa, o cümlədən cinayətkarlıqla mübarizənin də uğurla aparılmasına imkan vermişdir.

Ramil Usubov respublikamızda cinayətkarlıqla mübarizədəki uğurları, qanunların aliliyinin və ictimai-siyasi sabitliyin təmin olunmasını, əhalinin hüquqlarının qorunmasını ümummilli liderimiz Heydər Əliyevin siyasətinin nəticəsi kimi qiymətləndirdi, bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirdi.

Nazir daha sonra cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın təmin olunması, transmilli cinayətkarlığa qarşı mübarizədə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müvafiq strukturları ilə birgə fəaliyyət, təhsil və təlim sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, şəxsi heyətin döyüş və fiziki hazırlığının yüksəldilməsi, idmançıların qazandıqları uğurlar barədə danışdı. O dedi ki, nazirlik tərəfindən müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması, əməkdaşların qanunçuluğa, xidməti və icra intizamına riayət, etik normalara və davranış qaydalarına ciddi əməl etmələri və anda sədaqət ruhunda tərbiyə olunması yönümündə kompleks təşkilati-praktiki tədbirlər görülür.

Sonda nazir Ramil Usubov Azərbaycan polisinin bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi və Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevi bütün şəxsi heyət adından bir daha əmin etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik və müstəqillik, sabitlik və inkişaf ideallarına sadiq olan daxili işlər orqanlarının şəxsi heyəti dövlətimizin başçısının əmr və göstərişlərini, tələb və tövsiyələrini, qanunlarla müəyyən edilmiş vəzifələrini bundan sonra da qətiyyətlə və dönmədən yerinə yetirəcəkdir.

Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı Anar Azərbaycan polisinin tarixini, keçdiyi çətin və mübariz yolu xatırlatdı, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sədaqətlərinə, ölkəmizdə ictimai asayişi yüksək səviyyədə qoruduqlarına görə polis əməkdaşlarına minnətdarlığını bildirdi, onların bayramlarını təbrik etdi.

Sonra Azərbaycan polisinin 86-cı ildönümü münasibətilə Daxili İşlər Nazirliyinin ünvanına xaricdən və ölkə daxilindən göndərilən təbriklər elan olundu, xidməti vəzifə borclarının yerinə yetirilməsində xüsusi fərqlənmiş bir qrup əməkdaşın Polis günü münasibətilə nazirin əmri ilə mükafatlara layiq görüldüyü bildirildi.

X X X

Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevə müraciət qəbul edildi. Müraciətdə deyilir:

- Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikası daxili işlər orqanlarının şəxsi heyəti adından Sizi dərin hörmət və ehtiramla salamlayır, ən xoş və səmimi arzularımızı çatdırırıq!

Böyük sevinc və fərəh hissi, yüksək nəticələrlə qarşıladığımız peşə bayramımızın təsis edilməsi haqqında zəmanəmizin ən görkəmli dövlət və siyasi xadimi, əzəli və əbədi liderimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ölkəmizin keçmişinə və qanunçuluq ənənələrinə dərin hörmətin təzahürü, Azərbaycan polisinə olan xüsusi dövlət qayğısının bariz ifadəsidir.

Dahi öndərimizin bu etimadına cavab olaraq, daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələri, ölkədə təhlükəsizlik və əmin-amanlıq şəraitinin yaradılması kimi mühüm funksiyaları daim layiqincə yerinə yetirmişdir.

Şəxsi heyətimizin Azərbaycan Respublikasına xidmətdə əldə etdiyi uğurlar ümummilli liderimiz Heydər Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilmiş, əməkdaşlarımız dövlət mükafatlarına, ali hərbi və xüsusi rütbələrə layiq görülmüşlər.

Şəxsi heyətimizin çətin, şərəfli və gərgin əməyinə növbəti dəfə verilən yüksək qiymətin daha bir əyani təzahürü daxili işlər orqanları işçilərinin aylıq vəzifə maaşlarının artırılması, 44 nəfərin dövlət mükafatları ilə təltif edilməsi, bir qrup rəhbər əməkdaşın ali xüsusi rütbələrə layiq görülməsi, eləcə də, polisin fəaliyyətinin təkmilləşdirilməsi, sosial müdafiəsinin gücləndirilməsi sahəsində Sizin qəbul etdiyiniz qərarlardır. Bu diqqət və qayğı bizi öz işimizdə ruhlandırmaqla yanaşı, üzərimizə böyük məsuliyyət və müasir dövrün tələblərinə uyğun yeni vəzifələr qoyur.

Ölkənin qanunları ilə müəyyən edilmiş mühüm funksiyaları gələcəkdə də ləyaqətlə həyata keçirmək əzmində olan və Azərbaycanın sabahını Sizinlə görən şəxsi heyətimiz vətənpərvər, mübariz və yenilməz liderinin – dahi öndər Heydər Əliyevin işıqlı yolunun qüdrətli davamçısının hər bir müvəffəqiyyətindən və yüksəlişindən böyük qürur, hədsiz sevinc hissi keçirir.

Xalqımız, onun ayrılmaz hissəsi olan daxili işlər orqanlarının şəxsi heyəti əmindir ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində uğurlu fəaliyyətiniz sayəsində ölkəmiz tərəqqi, inteqrasiya və müasirləşmə yolu ilə sürətlə irəliləyərək, çox önəmli nailiyyətlər qazanacaq, qüdrətli bir dövlətə çevriləcəkdir!

Cənab Ali baş komandan!

Sizin rəhbərliyinizlə ölkənin ictimai-siyasi həyatının bütün sahələrində gedən yeniləşmə və müasirləşmə prosesləri çərçivəsində daxili işlər orqanlarının da inkişaf perspektivləri müəyyən edilmiş, tələb və göstərişlərinizə uyğun olaraq ardıcıl surətdə həyata keçirilməsinə başlanılmışdır.

Bu gün respublikanın digər dövlət strukturları, o cümlədən hüquq mühafizə orqanları ilə işgüzar əməkdaşlıq şəraitində fəaliyyət göstərən Azərbaycan polisi, onun şəxsi heyəti Heydər Əliyev ideyalarına, Heydər Əliyev məktəbinə sədaqət ruhunda tərbiyə alır və Azərbaycan Respublikasına xidmət edir. Ümummilli liderimiz dövlətimizin güclənməsi, demokratiyanın inkişafı, qanunun aliliyinin təmin olunması sahəsində əldə edilmiş nailiyyətlərlə kifayətlənməməyi, bu sahədə fəaliyyəti daha da gücləndirmək üçün hər bir polis əməkdaşının öz vəzifələrini icra edərkən qanunçuluğa və müəyyən olunmuş davranış qaydalarına ciddi riayət etməsinin, ictimai asayişin qorunmasında və cinayətkarlıqla mübarizədə barışmaz və qətiyyətli olmasını, insan hüquq və azadlıqlarının keşiyində sayıqlıqla durmasını, vətəndaşların etimad və inamını qazanmasını tələb və tövsiyə etmişdir.

Azərbaycan polisinin yaranmasının 85-ci ildönümü münasibətilə müraciətində ulu öndərimizin qarşımızda qoyduğu bu vəzifələr bizim əsas fəaliyyət proqramımız kimi dönmədən yerinə yetirilir.

Sizi əmin edirik ki, Azərbaycan polisi xalqa, Vətənə və dövlətçiliyə bundan sonra da sədaqətlə xidmət edəcək, daxili sabitliyin, asayişin, insan hüquq və azadlıqlarının qorunması işində bütün qüvvə və bacarığını əsirgəməyəcəkdir. Öz andına həmişə sadiq olan Azərbaycan polisi Sizin apardığınız hüquq mühafizə siyasətinin fəal icraçısı, Azərbaycanı dünyanın ən sabit, təhlükəsiz və eyni zamanda, ən inkişaf etmiş demokratik, hüquqi dövlətə çevirmək yolunda möhtəşəm fəaliyyətinizdə layiqli köməkçiniz olacaqdır. Biz üzərimizə düşən bu şərəfli vəzifələrin öhdəsindən daim əzm və qətiyyətlə gələcək, göstərdiyiniz etimadı doğruldaraq, müstəqil Azərbaycan Respublikasının qüdrətlənməsində və inkişafında öz səy və bacarığımızı əsirgəməyəcəyik.

X X X

Təntənəli mərasimdən sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə bayram konserti oldu.

X X X

Ədliyyə naziri Fikrət Məmmədov, milli təhlükəsizlik naziri Namiq Abbasov, respublikanın baş prokuroru Zakir Qaralov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO