Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu qeydə alınıb
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu qeydə alınıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 2022-2023-cü il mövsümündə 17 baş hakimin oyunları idarə etməsi ilə həyata keçib.
Daha yüksək göstərici sonuncu dəfə 2010-2011-ci il mövsümündə yaşanıb. Həmin vaxt 19 ədalət təmsilçisi baş hakim kimi təyinat alıb. Sonrakı mövsümlərdə bu rəqəm aşağı olub.
Geridə qalan mövsüm üç hakim daha çox - hərəyə 16 qarşılaşmada ədaləti qoruyub. Mövsümün liderləri Əliyar Ağayev, Fərid Hacıyev və Tural Qurbanov olublar.
Elçin Məsiyev və Rəşad Əhmədov hərəyə 15, Rəvan Həmzəzadə 14 dəfə meydana baş hakim kimi çıxıb. On iki referi 10 və ya daha çox matçda söz sahibi olub. Üç hakim isə yalnız bir qarşılaşmanı idarə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]