Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AHİK-İN III QURULTAYININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AHİK-İN III QURULTAYININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Prezident sarayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının iştirakçılarını qəbul etmişdir.

Prezident İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:

-Hörmətli qonaqlar!

Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Siz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayında iştirak etmək üçün ölkəmizə gəlmisiniz və bu onu göstərir ki, sizin aranızda olan münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da özünün beynəlxalq əlaqələrini böyük dərəcədə möhkəmləndirə bilmişdir. Müxtəlif ölkələrdən Azərbaycana gəlmiş qonaqlar bu müddət ərzində, əlbəttə ki, qurultayda da iştirak edəcək və ölkəmizlə də tanış olmaq üçün fürsət əldə edəcəklər.

Mən əminəm ki, Azərbaycanda olmağınız Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə sizin təmsil etdiyiniz qurumlar arasında əməkdaşlığın dərinləşməsi üçün yaxşı imkanlar açacaqdır. Ölkəmizin əhalisinin sayı 8,6 milyon nəfər olduğu halda, həmkarlar ittifaqları 1 milyon 500 mindən çox insanı birləşdirir. Bu, böyük qüvvədir və mən hesab edirəm ki, Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolu var.

Bizim ölkə öz iqtisadiyyatını bazar prinsipləri üzərində qurubdur. Biz Sovet İttifaqının tərkibində yaşayanda, əlbəttə, ictimai-siyasi quruluş tamamilə başqa idi. Amma indi bütün MDB dövlətlərində bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil edir. Belə olan halda, əlbəttə, işçilərlə işverənlər arasındakı münasibətlər tənzimlənməlidir, işçilərin hüquqları tam şəkildə qorunmalıdır. Dövlət öz tərəfindən qəbul edilmiş qərarlarla bu sahəyə töhfəsini verməlidir və verir.

Azərbaycanda sosial məsələlərin həllinə son zamanlar böyük vəsaitlər ayrılır, işçilərin əmək haqları ildə bir neçə dəfə artırılır. O cümlədən minimum əmək haqqı bir neçə dəfə artırılmışdır. Hesab edirəm ki, gələcəkdə, ölkəmizin iqtisadi imkanları genişləndikcə bu sahəyə daha da böyük diqqət göstəriləcəkdir.

Mən əminəm ki, qurultayda səslənən fikirlər, məruzələr böyük maraq doğurur və bu baxımdan qurultay uğurlu olacaqdır. Eyni zamanda, bu, yeni imkan yaradır ki, müxtəlif ölkələrdən olan nümayəndələr bir yerə yığışsınlar, görüşsünlər, öz dostluq münasibətlərini daha da möhkəmləndirsinlər və ölkələrimiz arasında əməkdaşlıq, o cümlədən bu sahədə sürətlə inkişaf etsin.

Panavropa Regional Həmkarlar İttifaqları Şurasının prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının vitse-prezidenti MİXAİL ŞMAKOV görüşdə çıxış edərək dedi:

-Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən, Şmakov Mixail Viktoroviç Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri və eyni zamanda, Panavropa Regional Həmkarlar İttifaqları Şurasının prezidentiyəm. Möhtərəm İlham Heydər oğlu, bu qəbula görə, həmkarlar ittifaqları hərəkatında mövcud problemləri Sizinlə müzakirə etmək imkanına görə minnətdarıq. Biz bilirik ki, Siz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına çox səmimi münasibət bəsləyirsiniz. Heç şübhəsiz, biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasında, Panavropa Regional Həmkarlar İttifaqları Şurasında apardığı işləri yüksək qiymətləndiririk. Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bizim təşkilatın Baş şurasının - Panavropa Regional Həmkarlar İttifaqları Şurasının üzvüdür. Əlbəttə, biz Azərbaycanın təcrübəsini həmişə təbliğ edirik. Bu təcrübə ondan ibarətdir ki, Sizin ölkənizin, respublikanızın əmək qanunvericiliyində çoxları üçün bəlkə də hələ əlçatmaz olan belə bir müddəa vardır ki, işçinin işə qəbul edilməsi, işdən azad olunması ilə bağlı bütün məsələlər hökmən həmkarlar ittifaqları ilə müzakirə edilməlidir. Hesab edirik ki, bu, bütövlükdə Azərbaycanın və əlbəttə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının çox böyük nailiyyətidir.

Daha sonra M.Şmakov MDB ölkələrində, o cümlədən Azərbaycanda işəgötürənlərlə işçilər arasında münasibətlərdən, bu sahədə həllini gözləyən problemlərdən və digər məsələlərdən danışdı. O, qarşıda duran vəzifələrin həlli üçün MDB ölkələri həmkarlar ittifaqlarının fəal təcrübə mübadiləsi apardığını, ümumi problemlərin həlli üçün səyləri birləşdirdiyini bildirdi. Bu baxımdan Bakıda keçirilən qurultayın böyük əhəmiyyətini vurğuladı. M.Şmakov dedi:

-Fevralın 26-da Panavropa Regional Həmkarlar İttifaqları Şurası və Həmkarlar İttifaqlarının Beynəlxalq Konfederasiyası Azərbaycanda qeyri-formal iqtisadiyyata qarşı mübarizə məsələlərinin müzakirəsinə və öyrənilməsinə həsr olunmuş layihəyə başlayacaqdır. Biz Azərbaycanda bu layihəni başlamaqla müvafiq orqanlara müraciət etmək istərdik ki, bu layihə dövlət tərəfindən bəyənilsin və ya dəstəklənsin, çünki bu, elə bir ümumi problemdir ki, onun həlli hamımıza kömək edə bilər.

Sonra çıxış edən Türk İşçi Həmkarlar İttifaqları Konfederasiyasının təhsil üzrə katibi NİHAD YURDAKUL dedi ki, bu gün burada Sizinlə birlikdə olmaqdan məmnun olduğumu ifadə etmək istəyirəm. Türkiyədə çalışan bütün işçi qardaşlarımın və bütün türk xalqının Sizə hörmət və ehtiramını çatdırmaq istəyirəm. Böyük dövlət adamı və böyük lider mərhum Heydər Əliyevin biz “bir millət, iki dövlətik” müdrik kəlamına söykənərək, hazırda Sizin liderliyinizlə iki ölkə arasındakı iqtisadi və sosial əlaqələr genişlənməkdə davam etməkdədir. Bunu məmnuniyyətlə vurğulayıram ki, Sizin öndərliyinizlə Türkiyə və Azərbaycanın həmkarlar ittifaqları arasında əməkdaşlıq, sosial əlaqələr bundan sonra da genişlənəcəkdir. Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən sosial siyasətin əməkçilərin mənafeyinə uyğun olaraq, gələcəkdə də inkişaf edəcəyini bilirik. Sizə bundan sonrakı fəaliyyətinizdə də uğurlar diləyirəm.

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi VLADİMİR ŞERBAKOV öz çıxışında dedi:

-Burada olmağımıza imkan yaratdığınıza görə Sizə çox minnətdaram. Mən Sizin atanızı çox yaxşı tanıyırdım. O, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olanda mən baş direktor idim. Orada rastlaşırdıq. Ümumiyyətlə, mən ona minnətdaram, onunla 10 il bundan əvvəl burada görüşmüşdük. Sizin gözəl ölkənizin bütün uğurlarını diqqətlə izləyirəm. Son üç ilin göstəriciləri məni heyran etdi. Bu illərdə ÜDM-in artımı 26 faiz, 34 faiz, 30 faiz olmuşdur. Jurnalda Sizin məqalənizi də oxumuşam. İndi ölkəniz sosial problemlərin həlli baxımından Rusiyaya çox oxşayır. Təhsil sistemi, mədəniyyətin inkişafı, mənzil tikintisi, infrastruktur - bütün bunlar bizə yaxın olan həssas məsələlərdir, ona görə ki, indi MDB ölkələri müxtəlif tərzdə, müxtəlif səviyyədə inkişaf edir. Lakin artıq üçüncü ildir ki, biz minimum əmək haqqının əhəmiyyətli dərəcədə artırılmasına dair birgə kampaniya keçiririk. Mən ona görə “əhəmiyyətli dərəcədə” deyirəm ki, indi biz minimum əmək haqqının yaşayış minimumuna bərabər olması məsələsini qaldırmışıq. Bu sahədə məhz Qazaxıstan, Azərbaycan və Rusiya liderlik edir.

Daha sonra V.Şerbakov MDB ölkələrində, o cümlədən Rusiyada sosial məsələlərin həlli üçün görülən ardıcıl tədbirlərdən danışdı, mövcud problemlərə toxundu, həmkarlar təşkilatlarının da həmin problemlərin həllinə yardımçı olmaq məqsədi ilə əməkdaşlığı daha da genişləndirdiyini bildirdi. O dedi ki, Həmkarlar İttifaqları Ümumi Konfederasiyası ölkələrimiz arasında inteqrasiyanın güclənməsi, qarşılıqlı anlaşmanın və dostluğun daha geniş vüsət alması üçün mümkün olan hər şeyi etməyə çalışır. Mən şəxsən Sizə və Azərbaycan xalqına daha böyük firavanlıq arzulayıram. Sağ olun.

X X X

Prezident İlham Əliyev qurultay iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Görüşdən yadigar olaraq xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi