AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVSTRALİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Prezident sarayında Avstraliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Peter Doylenin etimadnaməsini qəbul etmişdir.
Peter Doyle Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı diplomatla xatirə şəkli çəkdirdi.
Prezident İlham Əliyevin səfirlə söhbəti zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı və əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olundu.
######
![]() |
![]() |

