AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “CİTİ GROUP”UN SƏDRİ UİN BİŞOFFU QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Davosda, onun üçün ayrılmış iqamətgahda “Citi Group”un sədri Uin Bişoffu qəbul etmişdir.
Görüşdə “Citi Group”un Azərbaycanın maliyyə qurumları ilə əməkdaşlığı, ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, regional iqtisadi əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.