AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN “VESTİ” TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERMİŞDİR
Bakı, 21 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiyanın “Vesti” televiziya kanalına müsahibə vermişdir.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər, ölkəmizin 2009-cu ildə əldə etdiyi iqtisadi uğurlar, Azərbaycanın energetika sahəsində gördüyü işlər və perspektivlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı suallara cavab vermişdir.
######
