AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ HƏRBİ HAVA QÜVVƏLƏRİNİN KOMANDANI AYDOĞAN BABAOĞLUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Prezident sarayında Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Aydoğan Babaoğlunu qəbul etmişdir.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, Türkiyə Hərbi Hava Qüvvələri komandanının bu səfərinin ölkələrimizin hərbi sahədə əməkdaşlığına töhfə verəcəyinə əminlik ifadə olundu.
######
