AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda onun üçün ayrılmış iqamətgahda, “Turmotel Viktoriya” mehmanxanasında Ukrayna Prezidenti Viktor Yuşşenko ilə görüşmüşdür.
Görüş zamanı ikitərəfli münasibətlərin vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Prezident Viktor Yuşşenko son vaxtlar Ukraynada gedən proseslərdən də bəhs etdi.
Sonra iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli söhbət aparıldı. Müəyyən layihələr, enerji sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində oldu. Prezidentlər müxtəlif layihələrin həyata keçirilməsində iki ölkənin birgə fəaliyyətinin vacibliyini vurğuladılar.